İki günlük körpəni diri-diri basdırdılar - VİDEO
Türkiyənin Adıyaman şəhərində faciənin qarşısı alınıb.
Azia.az oxu.az-a istinadən xəbər verir ki, şəhidləri ziyarət etmək üçün qəbirsanlığa gələn şagirdlər ağlayan körpə səsi eşidiblər.
Səs gələn tərəfə gedən məktəblilər bədəni torpağın altında olan uşağın çöldə qalan ayaqlarını görüblər. 2-3 günlük körpə diri-diri torpağa basdırılıbmış.
Uşaqlar yenidoğulmuşu torpağın altından çıxarıblar.
Çox güman ki, qəbirstanlığa nəzarət edən şəxs cümə namazına gedəndə kimsə qızı torpağa basdırıb.
Körpə xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib.