"Məcəlləyə dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq" - Əli Hüseynli
“Dünən 28 May - Müstəqillik Günü və 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması ilə bağlı fikirlər səsləndirilib. Burada qanunun mənası nəyisə bərabərləşdirmək deyil. Qanun dəqiqləşdirilir. Bu, qanunun predmeti deyil”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqillik Günü haqqında” qanun layihəsininin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunla bağlı Əmək Məcəlləsinə də dəyişiklik ediləcək.
Komitə sədri hesab edir ki, orada dəyişikliklər bayram günü və ya qeyri-iş günü ilə bağlı olmayacaq. O bildirib ki, bu dəyişikliklər texniki xarakter daşıyacaq.