Azərbaycanda 18 oktyabrın qeyri-iş günü elan edilməsi təklif olunub
“Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir”.
Azia.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, indiki qüvvədə olan sənədlərə əsasən, 28 may qeyri-iş günü və 18 oktyabr iş günüdür: “Mən bunlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. Dövlət bayramı gününün qeyd edilməsi Prezidentin fərmanında varsa, onun peşə günü kimi qeyd edilməsini istəmirik. Hər iki bayram günü qeyri-iş günü kimi qeyd edilməlidir”.