azia.az
azia.az

Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? — SENSASİON İDDİA

3-10-2021, 10:52

Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? — SENSASİON İDDİA
Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2011—2016-cı illərdə) Tahir Kərimovla həmin dövrdə rayonun deputatı olmuş Əliağa Hüseynov barəsində sensasion məlumat yayılıb.

Salyan şəhər sakinlərindən Demokrat.az-a daxil olan məlumata görə, 2012-ci ildə Salyanın icra başçısı ilə deputatı əlbəyaxa olublar. Hadisə Salyan şəhərində yerləşən "Gölüstü" restoranında baş verib.

Hadisəyə şahidlik etdiyini iddia edən sakin bildirib ki, həmin vaxtı icra başçısı Tahir Kərimov xidməti avtomobilində gəzdirdiyi silahı Salyanın deputatı olan Əliağa Hüseynovun üzərinə çəkib. Bu zaman restoranda olan Salyanın prokuror müavini tərəfləri sakitləşdirməyə çalışıb.


Azərbaycanda icra başçısı rayonun deputatının üzərinə silah çəkib? — SENSASİON İDDİA
Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb Tahir Kərimovun Əliağa Hüseynovdan mütəmadi olaraq pul istəməsi olub.

Məsələ ilə bağlı Əliağa Hüseynov Demokrat.az-a qısa açıqlamasında hadisənin olduğunu təksib edib.

O, belə bir hadisənin yaşanmadığını söyləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi