Bu restoranlar fəaliyyətini dayandırdı
Sabah Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı bir sıra restoranlar fəaliyyətini dayandırır.
Azia.az xəbər verir ki , "Neolit", "Günaydın", "Niaqara" restoranları fəaliyyət göstərməyəcək.
"Niqara" restoranının administratoru Emin Hüseynov: "Sabah şəhidlərimizin anım günü ilə bağlı fəaliyyətimizi tamam dayandırırıq. Düşünürük ki, hər kəs bu addımı atmalıdır".
"Neolit" restoranının administratoru Emin Əliyev: "Sabah fəaliyyət göstərməyəcəyik. Allah şəhidlərimizi rəhmət eləsin!"
"Günaydın" restoranının inzibatçısı Ərdal bəy: "Genel müdiri gözləyirik, toplantı keçirib, qərar verəcəyik. Böyük ehtimal dayandırırıq. Bu addımı birinci biz atmalıyıq".///manset.az