Kəlbəcərin elektrik enerjisini 2 şirkət 30 milyon manata quracaq
Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunmasına "Azərişıq" elektrik yarımsatnsiyanının təmiri və iki yarımstansiya arasınnda dövrəli xətlərin çəkilməsinə 30 milyon manat xərcləyəcək.
"Azərişıq" ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110/35/6 kV-luq "Gəncə-2" və 110/35/6 kV-luq "Daşkəsən" yarımstansiyaları arasında 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi və Daşkəsən rayonunun ərazisində yerləşən mövcud 110/35/6 kV-luq“Daşkəsən” yarımstansiyasının, 2x40 MVA gücündə yenidən qurulması işlərinin satınalınması üçün 2 tender elan edib.
"Margin.az" xəbər verir ki, hava xətlərinin çəkilməsi ilə bağlı bağlı tenderin qalibi “ENERJI CONSTRUCTION” MMC olub. Qalib şirkətə 14417270.33 AZN vəsait ödəniləcək. Yarımsatansiyanın yenidən qurulması ilə bağlı tenderin qalibi isə "MSDİS HOLDİNG" MMC olub. Qalib şirkətə "Azərişıq" 15558343.91 AZN vəsait ödəyəcək.