azia.az
azia.az

Biləcəridə 300-ə yaxın ailənin problemi niyə həll edilmir? - VİDEO

1-09-2021, 09:38


Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindəki 5 binada yaşayan təxminən 300-ə yaxın ailə hər qış eyni problemlə qarşılaşır. İstilik sisteminin olmaması onları narahat edir. Edilən bir çox müraciətlərdən sonra 2019-cu ildə qazanxana binası təmir edilib. Borular binaların zirzəmilərinə qədər gətirilib, amma mənzillərə hələ də istilik sistemi çəkilməyib.
Biləcəridə 300-ə yaxın ailənin problemi niyə həll edilmir? - VİDEO
Azia.az xezerxeber.az-a istinadən xəbər verir ki, 12 ailə şəxsi hesablarına istilik sistemini mənzillərinə qədər çəkdiriblər. Lakin sakinlərə deyilib ki, 12 ailəyə görə istiliyin verilməsi mümkün deyil.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, sözügedən binalarda binadaxili və mənzildaxili istilik sistemləri istismara yararsızdır.

Həmin ərazinin aid olduğu 2 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyindən isə bildirildi ki, dövlət mənzil fonduna aid olan bütün mənzillər sakinlərinin mülkiyyətinə verilib.

İndi sakinlər səbirsizliklə problemlərinin həll ediləcəyi günü gözləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi