Rusiyadan ŞOK: Bayrakdar dərhal məhv edilməlidir, yoxsa…
Rusiyanın “Almaz-Antey” şirkətinin direktorunun müavini Pavel Sozinovun Türkiyənin “Bayraqdar TB2” PUA-ları ilə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.
Azia.az xəbər verir ki, Sozinov deyib ki, döyüş meydanında türk PUA-ları görünən kimi məhv edilməlidir.
“Biz türk PUA-silahları işə salınmadan hədəf almalıyıq. Əks halda, şansımız yoxdur” Sozinov belə deyib. Onun sözlərinə görə, Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Rusiyanın zenit-raket kompleksləri üçün çox asan hədəfdir.
"Çünki onun sürəti çox aşağıdır və çəkisi 650 kiloqram olduğu üçün zenit-raket kompleksi tərəfindən asanlıqla vurula bilər".