azia.az
azia.az

Ziraat Bankın bağlanması və Avni Dəmirçinin həbs olunması qaçılmazdır- İDDİA

14-08-2021, 14:05

Ziraat Bankın bağlanması və Avni Dəmirçinin həbs olunması qaçılmazdır- İDDİA
Bəlkə də çoxları bank sistemlərinə adi baxırlar. Yəni necə ki, kommersiya qurumları var, digər maliyyə təşkilatları var eləcə.
Amma unutmaq lazım deyil ki, bank sistemi dövlətin onurğa sütunudur, dövlətin bütün gəlir-çıxarı bank sisteminin üzərində qurulur.
Hətta bank sistemi çökəndə dövlət DEFOLT vəziyyətinə düşür. Defolt vəziyyətinə düşmüş dövlətlər bəzən öz ərazisinin bir hissəsini satmağa məcbur olur. Tarixdə belə hallar çox olub.
Məsələn, Çar Rusiyası bir zaman öz ərazisi olan Alyaskanı Amerikaya satdı. Belə misallar çoxdur. Hətta maliyyə qarşılığında öz adalarını satan dövlətlər də olub.
Bütün bunları yazmaqda məqsədimiz odur ki, bank sisteminə ciddi diqqət ayırmaq lazımdır.
Hətta onu da qeyd edə bilərik ki, belə bir fikir də var ki, dünyanı banklar vasitəsilə mafiya idarə edir.
Elə bilirik ki, banklar barədə bu qısa girişimizlə bankların dövlətin idarə olunmasında rolu barədə müəyyən fikir yarada bildik.
Onu da əlavə edək ki, bu gün dünyada mövcud olan offşor zonalar, çirkli pulların yuyulması ancaq banklar vasitəsilə həyata keçirilir.
Hətta bir az uzağa gedərək deyə bilərik ki, bəzi dünya mərkəzləri banklar vasitəsilə müxtəlif dövlətlərin stabilliyini pozur, hətta inqilab da edə bilirlər.
İndi isə keçək konkret mövzuya.
Bəli, 90-cı illərin qarışıq vaxtında bəzi güc mərkəzləri öz maraqlarını dövlətimizə diqtə etmək üçün ölkəmizdə müxtəlif banklar təsis etdilər.
Bu məsələdə qonşu İran dövləti aktiv idi. Eləcə də qardaş Türkiyənin bankları Bakıda öz filiallarını açdılar. Sonra Rusiyanın bankları Azərbaycanda fəaliyyətə başladı.
Bizim məqsədimiz bütün əcnəbi bankların üzərinə kölgə salmaq, hər şeyi qaralamaq deyil. Əsla. Sadəcə, bir cəmiyyət olaraq ayıq-sayıq olmalı, bəzi bankların çirkli əməllərini vaxtında ortaya çıxartmalıyıq. Ki, sonra dövlətimiz üçün ciddi problemlər yaranmasın.
Ölkəmizdə fəaliyyət göstərən əcnəbi banklardan biri də Ziraat Bankdır.
Ziraat bankın keçmişi və bu günü ilə bağlı onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Elman Rüstəmovun 30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Bəli, bütün banklar Elman Rüstəmovun “mübarək” imzası ilə ölkəmizin bank sektoruna daxil olurlar.
Bu bankın adı Amerika yanlısı, qardaş Türkiyəyə qarşı savaş açmış Fətulla Gülənin adı ilə bağlıdır. Fətullah Gülənin ABŞ-ın “xidmətçisi” olması heç kimə sirr deyil. Bəs belə olan halda onun bankının ölkəmizdə fəaliyyəti hansı məntiqə uyğundur.
Türkiyə ən çətin məqamlarda, Qarabağ savaşında bizimlə çiyin-çiyinə olub. Ziraat Bankın rəhbərliyi isə Fətullah Gülənə dəstək verir və hətta Türkiyə səfirliyinin ölkəmizdəki tədbirlərinə qatılmır, heç saymır da.
Bankın Fetöçü rəhbəri Avni Dəmirçi Sumqayıtdakı “saqqallı dostları” ilə sərbəst görüşür, planlar qururlar. Bəs Elman Rüstəmovun bundan xəbəri yoxdur ?
Düzdür, mediada gedən silsilə yazılardan sonra Avni Dəmirçi görəvindən alındı. Amma kənardan olsa da bankı Avni Dəmirçi yönəldir.
Daxil olan məlumatlardan o da bəlli olur ki, bankda aparılan ciddi təftiş əməliyyatı Avni Dəmirçini qorxuya salıb. Hətta onun Azərbaycandan qaçmaq niyyəti olduğu da söylənilir.
Bəli, Ziraat Bankın bağlanması və Avni Dəmirçinin həbs olunması qaçılmazdır.
Unutmayın ki, bir neçə il əvvəl eyni aqibətlə İranın ölkəmizdəki “Royal Bank” adlı bankı üzləşdi. Və bankın sahibi olan ata-oğul Əli və Fuad Cam həbs edildi. //gundelik-baku.com//


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi