azia.az
azia.az

Qar yağacaq, temperatur 5-10 dərəcə düşəcək

5-03-2021, 19:40


Martın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Qar yağacaq, temperatur 5-10 dərəcə düşəcək
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Milli Hidrometeorologiya Xidməti bir az əvvəl havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq da yayıb.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək.

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi