Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib
İslam Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
İ.Əliyev vəzifəsindən öz ərizəsi ilə azad olunub. O, ərizəsində tutduğu vəzifədən azad olunub Sumqayıt İnzibati İqtisad Məhkəməsinin sədri təyin edilməsinə baxılmasını xahiş edib.