azia.az
azia.az

Rusiya KİV: Müharibə Ermənistanı iflasa aparır

3-11-2020, 20:22


Müharibə silah tədarükçüklərinə nəhəng gəlir gətirsə də, döyüş iştirakçılarını iflasla üz-üzə qoyur. Ermənistanla Azərbaycan arasında münaqişə də bu baxımdan istisna deyil. Dağlıq Qarabağda bir aydan çoxdur ki, davam edən döyüş əməliyyatları kreditlər içində çabalayan Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə çatdırıb

Bu barədə “rusbankrot.ru” nəşri yazıb.
Rusiya KİV: Müharibə Ermənistanı iflasa aparır
Məqalədə qeyd olunur ki, bu müddət ərzində Ermənistan 250-dən çox tank, hava hücumundan müdafiə sistemləri, yüzlərlə yük maşını, artilleriya vahidi itirib. Komanda məntəqələrinin və silah anbarlarının məhv edilməsi də ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vurub.

Mütəxəssislərin hesablamalarına görə, Ermənistanın müharibə itkiləri azı 2 milyard dollar təşkil edir.

Məqalədə bildirilir ki, indi Yerevan qarşısında ciddi sual dayanır: kreditləri necə qaytarmaq? Çünki, yeni borcların alınması, ya da milli valyutanı dəyərsizləşdirmək bahasına yeni pullar çap etmək heç nəyi həll etməyəcək.

Artıq bu ilin iyulunda Ermənistanın dövlət borcu rekord 8 milyard dollar həddinə çatmışdı. “Fitch” reytinq agentliyi bu ilin sonunadək ölkə iqtisadiyyatının defoltla üzləşəcəyini proqnozlaşdırırdı.

Bununla belə Yerevan, xaricdən borc almaq ümidini də itirib, çünki ölkədə müharibə gedir, bundan başqa, koronavirus pandemiyası davam edir, ölkə iqtisadiyyatı hələ də tətbiq olunmuş məhdudiyyətlərdən özünə gələ bilməyib.

Ekspertlər hesab edir ki, Ermənistan rəhbərliyi Rusiya tərəfindən köməyə də ümid etməməlidir, çünki Yerevanın qərbyönümlü kursu Moskvanın ürəyincə deyil. Ölkədə “Rusiya dəmir yolları” və “Qazprom” şirkətlərinin törəmə müəssisələrinə cinayət işlərinin açılması müsbət əhval-ruhiyyəyə xidmət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi