azia.az
azia.az

Ermənistan payızda Qarabağda yeni müharibə başlayacağından narahatdır

14-07-2016, 12:00

Ermənistan payızda Qarabağda yeni müharibə başlayacağından narahatdır Ermənistan xüsusi təyinatlılarının komandiri yağışlı havada texnikalarının palçığa batıb qala biləcəyindən qorxur.

"Sentyabr-oktyabr aylarında Dağlıq Qarabağda vəziyyətin yenidən gərginləşməsini gözləmək olar". Bu barədə jurnalistlərə Ermənistan xüsusi təyinatlı kəşfiyyat diviziyasının yaradıcısı və komandiri Vova Vardanov deyib. Onun sözlərinə görə, avqustda Azərbaycanda Türkiyə ordusunun dəstəyi ilə xüsusi təyinatlılarının hazırlanması üzrə kurslar başa çatır:
"Daha sonra hazırlıq keçmiş həmin xüsusi təyinatlıları yeni hərbi döyüş əməliyyatları üçün döyüş bölgələrinə göndərirlər. Lakin bütün bunlarla yanaşı, daha güclü gərginliyi bu ilin payızında gözləmək lazımdır. Çünki qarşı tərəf yağmurlu hava şəraitindən istifadə edə və hücum etməyə cəhd göstərə bilər. Onlar bilirlər ki, Ermənistan ordusu bu cür hava şəraitində onlara cavab vermək üçün hərbi texnika çıxarmağa çalışsa, həmin texnika palçığa batacaq. Azərbaycan tərəfi bütün bunları yaxşı bilir", - deyə Vardanov bildirib.
Son dövrlər Ermənistanın istər siyasətçiləri, istərsə hərbçiləri tərəfindən sentyabr-oktyabr aylarında cəbhədə gərginlik yaranacağı barədə çoxsaylı fikirlər səsləndirilir. Belə fikirlərdən birini təxminən bir həftə əvvəl İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı səsləndirib. Kirakosyan bildirib ki, çox güman, Azərbaycan Ordusu Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki, bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq.
"Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox, istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi