Azərbaycanda yaşayan aşkenazi yəhudiləri qələbə qazanması üçün dua etdilər
Azərbaycanda yaşayan aşkenazi yəhudiləri qələbə qazanması üçün dua etdilər.
Foto: Download link
https://we.tl/t-gtvQuRQS05
Azərbaycanda yaşayan aşkenazi yəhudiləri bu gün Bakıda yerləşən sinaqoqa yığışaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua etdilər.
Sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz müharibənin tezliklə başa çataraq torpaqlarımızın azad olunmasını, əsgərlərimizin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə dilədilər. Qeyd edək ki, dini ayin pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib.
Dua mərasimində çıxış edən Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğuladı: “Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşaya, təmsil edə bilirik.
“Bu gün keçirdiyimiz dua mərasimi ilə vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik.”
Проживающие в Азербайджане евреи-ашкенази
молятся о победе.
Фото: Download link
https://we.tl/t-gtvQuRQS05
Живущие в Азербайджане евреи-ашкенази сегодня собрались в синагоге в Баку и молились о победе нашей доблестной армии, которая продолжает бороться за обеспечение территориальной целостности нашей страны.
Наши соотечественники евреи с большим уважением и искренностью пожелали у Бога скорейшего прекращении войны, с учетом освобождения наших земель, возвращения наших солдат домой в полном здравии, полного обеспечения территориальной целостности Азербайджана и пожелали установления мира в нашей стране и во всем мире. Отметим, что обряд был осуществлён с учетом всех ограничений периода пандемии и с особого разрешения.
Выступая на молитвенной церемонии, Шнеор Сегал, главный раввин ашкенази Азербайджана, отметил, что еврейская община нашей страны всегда поддерживала народ Азербайджана.
Он подчеркнул: «Мы очень любим свою родину - Азербайджан, защищать ее для нас огромная честь. Мы, как представители разных национальностей и религий, можем с комфортом жить и представлять нашу культуру и религию.
«Мы молимся за каждого солдата, сражающегося сегодня за Родину и за всю армию в целом, мы просим от Бога победы без больших потерь. Мы верим, что следующую церемонию проведем именно в Шуше».