azia.az
azia.az

"TƏZADLAR" İNK SƏDRİ RASİM MƏMMƏDOVUN QANUNSUZ HƏRƏKƏTLƏRİ BARƏDƏ BƏYANAT YAYIB

2-10-2020, 15:00


"TƏZADLAR" İNK SƏDRİ RASİM MƏMMƏDOVUN QANUNSUZ HƏRƏKƏTLƏRİ BARƏDƏ BƏYANAT YAYIB
Xəbərin çap versiyasıTarix: 1/10/2020
 "TƏZADLAR" İNK SƏDRİ RASİM MƏMMƏDOVUN QANUNSUZ HƏRƏKƏTLƏRİ BARƏDƏ BƏYANAT YAYIB
“Təzadlar" qəzeti kollektivinin

BƏYANATI

İstəkli dostlar və dəyərli ziyalılar!

Bu bəyanat çoxdandır bizi narahat edən bir məsələ barədədir. Çox istərdik ki, Azərbaycanın dəyərli ziyalıları, ictimai xadimləri bizi doğru anlasın. Söhbət rəsmi statusu olmayan "İctimai Nəzarət Koalisiyası" adlı qurumun sədrinin bizim peşə fəaliyyətimizə müdaxiləsi və ciddi şəkildə mane olmasından gedir. Artıq dəfələrlədir tanınmış dövlət və ictimai xadimlər, ziyalılar, media mənsubları bizim guya İNK adlı qurumun tərkibində və təsiri altında fəaliyyət göstərməyimiz barədə məlumatları söyləyirlər, bundan narahat olduqlarını bildirir, adı çəkilən qurumun rəhbəri olan Rasim Məmmədovun yanında görünməməyimizi tövsiyyə edirlər.
Bir daha bəyan edirik: biz heç vaxt heç kimin yanında olmamışıq, xüsusən də Rasim Məmmədovun. Əksinə, Rasim Məmmədov bizim yanımızda görünüb, tədbirinə dəvət edib, biz də İctimai Nəzarət adına hörmətlə yanaşaraq fərqli insanların iştirak etdiyi bu tədbirlərə dəvət edilmişik, qonaq qismində iştirak etmişik. Düşünmüşük ki, “Azərbaycan” nəşriyyatında bir mərtəbədə və dəhlizdə qonşu olduğumuz İNK və onun rəhbərliyi cəmiyyətimizdə ictimai nəzarət funksiyasını doğru və gerçək formada, səmimi olaraq həyata keçirəcək, dövlətimizə və cəmiyyətimizə xeyir verəcək. Amma yanılmışıq. Daha doğrusu, yalnış fəaliyyətlərini görüb bu dəfə kənarda dayanmağı daha vacib saydıq. İndiyədək çoxsaylı tanınmış şəxslərin bəzi hallarda məlumatsızlıqdan bu qurumun tədbirlərinə qatılması da baş verib və sonradan onlar bu qurumda olmaqdan qalmaqallarla kənarlaşıblar. Onların siyahısını lazım olarsa, təqdim edəcəyik.
"Təzadlar" kollektivi olaraq bəyan edirik ki, Rasim Məmmədov nəinki Azərbaycançılığı, eləcə də qonşuluq prinsiplərini kobud surətdə pozaraq bizim nüfuzumuzdan öz xeyrinə, təşkilatının imicinə daim sui-istifadə edib. Hətta bizim razılığımız olmadan, yaxud etirazımız belə olduğu halda bizim redaksiyanın qapısı ağzına çaşdırıcı formada “İNK-“Təzadlar” qəzeti redaksiyası” kimi lövhə də asıb. Dəfələrlə etiraz etsək də, guya təmirli divarı korlamamaq naminə həmin lövhəni çıxarmağa imkan verməyib.
Yaxud, hansısa məmurun barəsində tənqidi yazı, şikayət məktubu dərc edilibsə, "KİV haqqında" Qanunun tələblərinə zidd olaraq və Azərb. CM-nin müvafiq maddəsinin (jurnalistin peşə fəaliyyətinə mane olma) tələblərini kobud surətdə pozaraq, əməkdaşlarımızı təhqir edərək həmin yazıların çapının dərhal dayandırılmasını, saytdan silinməsini tələb edib. Göyçay, Quba və s. RİH başçılarının, AzTV-nin sabiq sədrinin barəsində olan şikayət məktubunun, bir sahibkarın dərc olunmuş şikayətinin guya Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisinin qohumlarının mənafeyinə toxunduğunu və s. bəhanə edərək bizi iradəmizin ziddinə addım atmağa məcbur edib. Birinə dostumdur deyib, birinə bacanağımdır deyib, birindən “Məni öldürürdülər ki...” və s. bəhanələrlə. Guya biz eyni mərtəbədə və qonşuluqda yerləşiriksə, deməli, bu yazıları o təşkil edir. Absurd yalanlar, bəhanələr! Lakin biz səbrimizi basmışıq, qulaq dincliyi naminə susmuşuq. Ya bu qonşuluqdan köçüb getməliyik, ya da...
Beləcə, R.Məmmədov çoxsaylı jurnalist araşdırma yazılarının saytdan silinməsini qanunsuz olaraq tələb edib, bəzi hallarda razı olmadıqda redaksiyaya basqın edib, bizi təhdid edib.
Biz bunlara səbrlə dözmüşük. Eləcə də Rasim Məmmədovun özünün barəsində daxil olan olduqca ciddi və dilə gətirilməsi mümkünsüz şikayətlərə səbrlə susmuşuq, özünə izah etmişik. Ona görə ki, qonşumuzla əlavə, lazımsız problem yaşamaq istəməmişik. Yəqinki 28 ildir kimsədən asılı olmadan müstəqil KİV olaraq fəaliyyət göstərən, əməkdaşları torpaq həsrətli jurnalistlər olan bir qəzetin R.Məmmədov kimi bir şəxslə üz-üzə gəlmək istəməməsinin əsl səbəbini anladınız. Dəfələrlə istəmişik ki, bu barədə DAMM-nin Prezidenti (Rasim Məmmmədov həm də bu təşkilatın 1-ci vitse-prezidentidir), Xalq yazıçısı Çingiz Abdullayevə, bu qurumun ilk yaradıcısı, Xalq şairi, rəhmətlik Söhrab Tahirin ailəsinə məlumat verək ki, tədbir görsünlər, təhqir və təhdidlər müəllifini başa salsınlar. Yenə də susmuşuq, səbr etmişik. Bəli, torpağımızın işğalına 30 ildir səbr edib dözmüşük, düşmənlə sülh dilində danışdığımızdan düşmən həmişə üstümüzə yeriyib, dövlətimizi təhdid etməyə başlayıb. NəhayətŞ bu günlərdə bıçaq boğaza dirəndi, səbr limiti bitdi deyə, ordumuz indi düşmənə kimliyini sübut etməkdədir. Düşmən anlamalıdır ki, hər şeyin bir həddi olur!
Elədirsə, biz niyə və nə vaxta kimi Rasim Məmmədov kimisinin qarşısında susmalıyıq? Və niyə də susmalıyıq?
Daim Leyla xanım Əliyevanın, Çingiz Abdullayevin adından və imicindən xeyrinə sui-istifadə edən Rasim Məmmədovun dilindən həmişə guya İNK-nin cənab Prezidentin təşəbbüsü ilə yaradıldığını eşitmək isə daha dözülməzdir. Özünə ciddi ictimai nəzarətin olması vacib sayılan bir şəxsin İctimai Nəzarət Koalisiyası adlı təsisat yaradıb hansı işlərlə məşğul olmasını isə aidiyyəti qurumlara təqdim edəcəyimiz məlumatda əks etdirəcəyik. Pafoslu çıxışlarına aldanıb ətrafına toplanan insanları sonradan təhqirlə, dava-dalaşla yola salan şəxslə necə bir arada ola bilərik? Dəfələrlə xanım nümayəndələr belə bizə nüfuzumuzdan istifadə edərək R.Məmmədovun kabinetində, koridorlarda açıq tekstlə söyüş söyməsinə və etik qaydalara tamamilə zidd ifadələr işlətməsinə qarşı çıxmağımızı, onu başa salmağımızı xahiş ediblər.
Bu ilin sentyabrın 24-də isə erməni işğalçılarının torpaqlarımıza təcavüzü ilə bağlı Qarabağ bölgəsinə ezamiyyəyə hazırlaşdığımız bir vaxtda ictimai yerdə əməkdaşlarımızı, qəzetimizi küçə söyüşləri ilə təhqir edərək üstümüzə hücum çəkən bu şəxsə üzr istəyib səhvini etiraf etməsi üçün bir gün vaxt verdik. Amma sonra gördük ki, yox, insanda mənəvi zənginlik yoxdursa, ondan hər şeyi gözləmək olar. Hətta onun bu qeyri-insani hərəkəti, Azərbaycan kişisinə yaraşmaz rəftarı barədə Azərbaycanın tanınmış pedoqoq xanım bacısına da məlumat, ona isə səhvlərini ödəmək üçün şans verdik. Təsəvvür edin ki, bacısı da ondan imtina etdi.

İndi sözümüz Azərbaycanın Prezidenti cənab İlham Əliyevədir!

Cənab Prezident, dövlətimizin bu günkü məsuliyyətli bir dövründə-Qarabağda şiddətli döyüşlərin getdiyi bir vaxtda döyüş bölgəsindən yazı hazırlamaq, düşmən gülləsindən ziyan çəkən mülki insanlara təsəlli vermək üçün bölgəyə ezam ediləcək jurnalistlərə-qəzet əməkdaşlarına şəxsi niyyətlərini və mənafeyini həyata keçirmək üçün (bir əməkdaşımızın oğlu isə hazırda Murovda qanlı döyüşdədir, düşmənə qan uddurur) hücum çəkən, təhqir və təhdid edən bir şəxs necə ictimai nəzarətçi ola bilər, dövlətimizin mənafeyini qoruya bilər?

Hörmətli Çingiz müəllim!

Tədbir görün, qərarınızı və münasibətinizi gözləyirik!
Rasim Məmmədovun pafos və quru, şirin təbliğatına uyub İNK adlı quruma qoşulan ziyalılar! Bəyanatımızda deyə bilmədiklərimizi tək-tək sizlərə söyləsək, dəhşətə gələr və çox şeyə nifrət edərsiniz.
Bir daha bəyan edirik, biz jurnalistlərik-torpağı işğal olunmuş jurnalistlər! İndi ordumuz Ali Baş Komandanın əmri ilə bu işğalçıya kimliyini sübut edir, onu diz çökdürür. Amma biz heç kimə, o cümlədən Rasim Məmmədov adlı və soyadlı birisinə imkan vermərik ki, 28 ildir başı üzərində "Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!" şüarı gəzdirən, şərəfli yol keçən bir qəzetin ləyaqətini, hüququnu tapdasın!

REDAKSİYA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi