azia.az
azia.az

ASC sədri Ceyhun Nəcəfov həbsin bir addımlığında-FAKTLAR

17-09-2020, 12:13

ASC sədri Ceyhun Nəcəfov həbsin bir addımlığında-FAKTLAR
Bir neçə gün öncə İqtisadiyyat Nazirliyi yanında Əmak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu və vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən saxlanıldı.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumatda qeyd edilib. Lakin “arada yeyib, kənarda gəzənlərdən” biri, ASC sədri Ceyhun Nəcəfov hələ də məsüliyyətdən yayınmağı bacarır. Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin rəisi (baş memar) Akif Əliyevin həbsindən sonra qeyd etmişdik ki, Ceyhun Nəcəfov qanunsuz torpaqların satışında iştirak edib.
ASC sədri Ceyhun Nəcəfov həbsin bir addımlığında-FAKTLAR
Bir daha nəzərinizə çatdıraq ki, Xırdalan şəhəri “Beton Zavod” deyilən ərazidə və digər qanunsuz yerlərdə fərdi evlərin tikintisi üçün “baş memarla” daha sıx əlaqə quran şəxslərdən biri ASC sədri kimi özünü təqdim edən Nəcəfov Ceyhun Zülfiqar oğludur. ASC-nin sahibi Ceyhun Nəcəfov həmən ərazidə yerləşən səhimlərin 30 %-nə sahibdir.

Adı hallanan şəxsin Əmlak Məsələləri Dövlət Xidməti ilə torpaqların icarəsi barədə müqaviləsi olmadığı halda qanunsuz olaraq torpaqların bir qismini satıb. Hazırda həbsdə olan A. Əliyevlə birgə iş birliyi quran sədrin əməlləri araşdırılsa, görəcəyik ki, dosye.org saytında yayımlanan məlumatlar tam doğrudur. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin əməkdaşlarının daha bir uğurlu əməliyyatınin qurbanı isə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğludur.
ASC sədri Ceyhun Nəcəfov həbsin bir addımlığında-FAKTLAR
Təyin olunan gündən ərazidə boş sahə axtarışına çıxan A. Poladov, ASC sədri Ceyhun Nəcəfovla iş görmək qərarına gəlir. Əlimizdə olan video faktlardan da görünür ki, hər iki şəxs C. Nəcəfova məxsüs avtomaşınla ərazidə olan boş sahəyə gələrək mobil telefonla şəkil çəkir. Plan boş sahəyə müşdəri tapıb, fərdi qaydada satmaq idi. Necə ki, illər öncə ASC sədri Ceyhun Nəcəfovla, Abşeron rayon Memarlıq və Tikinti şöbəsinin rəisi (baş memar) Akif Əliyev qanunsuzluqlar etmişdir. Dəfələrlə sakinlərin evləri uçurulmuş və təhqir olunmuşdur. Belə bir məqamda vətəndaşın narazı qaldığı məkan ancaq dövlətdir. Məqsəd isə ölkə vətəndaşlarını dağvlət başçısından narazı salmaq və etirazçı kütləni yaratmaqdır. Çəkinmədən adı çəkilən şəxslər Abşeron RİH başçısı İradə Gülməmmədovanın adından istifadə edərək kifayət qədər qanunsuzluqlara imza atıblar. Hazırda bu istiqamətdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində araşdırmalar davam edir…

DOSYE.ORG


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi