azia.az
azia.az

DYP işçiləri millət vəkilini gecə vaxtı qovub saxlayıblar: "Deyəsən arxa fara yanmır..."

8-09-2020, 11:44

DYP işçiləri millət vəkilini gecə vaxtı qovub saxlayıblar: "Deyəsən arxa fara yanmır..."
Teref.az yazır ki, millət vəkili Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev DYP işçilərindən narazılıq edir. Dünən millət vəkilinin maşınını saxlayan DYP işçilərinin hərəkətlərini qınayan millət vəkili öz səhifəsində yazıb:
"Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev YPX əməkdaşının rəftarını öz sosial şəbəkəsindəki səhifəsində tənqid etdi
“Bu nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50.
Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.
DYP işçiləri millət vəkilini gecə vaxtı qovub saxlayıblar: "Deyəsən arxa fara yanmır..."
Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu.

Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə.

Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də."
DYP işçiləri millət vəkilini gecə vaxtı qovub saxlayıblar: "Deyəsən arxa fara yanmır..."
Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.

Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər.

Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq.
Gözləyirəm”
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi