YAP-ın bu təşkilatlarının qərargahlarını kim satıb? - İLGİNC
YAP-ın bu təşkilatlarının qərargahlarını kim satıb? - İLGİNC
YAP-ın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, YAP-n Binəqədi, Yasamal, Xətai və Nərimanov təşkilatlarının da köhnə qərargahları zəbt edilib. “Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır”, - deyə o vurğulayıb.
Azia.az-ın yenisabah.az-a istinadən əldə etdiyi məlumatda bildirilir ki, Musa Musayev qərargahların kimlər tərəfindən ələ keçirildiyini açıqlamayıb.
YAP-ın yerli təşkilatlarının rəhbərliyində adətən icra hakimiyyətlərinin vəzifəli şəxsləri təmsil olunur. Bu təsisat YAP-ın Mərkəzi Aparatından daha çox icra hakimiyyətlərinə tabedir. Bu baxımdan ehtimal etmək olar ki, yerli təşkilatların köhnə qərargahları elə icra hakimiyyətləri tərəfindən ələ keçirilir.
Musa Musayevin söylədiklərindən belə anlaşılır ki, hakim partiyada da bundan məlumatlıdırlar.
Məlumat üçün deyək ki, YAP-ın Binəqədi təşkilatının sədri Ramiz Göyüşov, Yasamal təşkilatının sədri Tağı Əhmədov, Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, Nərimanov təşkilatının sədri isə Təmraz Tağıyevdir.