Vidadi İsayevin otağında nələr olur: saçyoldudan rüşvət kitabçasınadək - “Qara maskalı oğlana” şok dosye
Vidadi İsayevin otağında nələr olur: saçyoldudan rüşvət kitabçasınadək - “Qara maskalı oğlana” şok dosye
Aprelin 29-da daha bir odioz məmur otağında qandallanaraq dörd divardan ibarət hücrəyə göndərildi. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən Biləsuvarın icra başçısı Mahir Quliyev çoxdan çiban kimi yetişmişdi.
Bununla sayca dördüncü icra başçısıdır ki, son 4 ay ərzində rüşvətxorluq, mənimsəmə ittihamı ilə həbsə göndərilir.
Onlar iş kabinetində hansı işlərlə məşğul olmurdular - dövlət büdcəsinin talanı, iş adamlarından rüşvət yığılması, yeyinti, korrupsiya, torpaqların, obyektlərin ələ keçirilməsi və s.
Lakin təkcə Neftçala, Biləsuvar, Yevlax və Ağstafa rayon icra hakimiyyəti başçılarının kabinetlərində bu özbaşınalıqlar, qudurğanlıqlar baş vermir.
Anaxeber.info-nun media üzərindən apardığı araşdırmalar, sosial şəbəkələrdə yazılanlar, gələn şikayət məktublar, video müraciətlər belə deməyə əsas verir ki, analoji vəziyyət Bərdə rayonunda da uzun müddətdir hökm sürür.
Bərdənin icra başçısı Vidadi İsayevin iş kabinetində elə hadisələr, elə həngamələr cərəyan edir ki, həbs edilən sabiq həmkarları onun yanında “toya getməlidir”.
O baxımdan hüquq-mühafizə orqanlarının yüngülvari təftişi və araşdırması kifayət edir ki, V.İsayevin bütün qanunsuz hərəkətləri, rayonda sahibkarların, şəhid ailələrinin, məcburi köçkünlərin, kiçik rütbəli məmurların, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin başına açdığı müsibətlərin üstü açılsın.
Onun əlindən zar-zar ağlayan icra nümayəndələri, toruna düşən məmurlar İH rəhbərinin qeyri-rəsmi əmrlərindən cana doyublar.
Bu mənada xeyli vaxtdır mətbuatda V.İsayevin özbaşınalıqları haqda sayız-hesabsız faktlar tirajlanmasına baxmayaraq, “qara maskalı oğlan” Bərdəyə gəlib çıxmır.
Halbuki, sosial şəbəkədə bərdəlilərin yazdıqlarından belə aydın olur ki, onlar da Neftçala, Biləsuvar, Yevlax və Ağstafada olduğu kimi “qara maskalı oğlanın” öz rayonlarına tezliklə gəlməsini səbirsizliklə gözləyirlər.
Bəs, sual yaranır ki, axı Bərdədə və İH-də nələr belə vaqeə olur ki, insanlar V.İsayevin yola salınmasını intizarla arzulayırlar? Bunun üçün faktlara diqqət!!!
Anaxeber.info-nun KİV-ə istinadən verdiyi xəbərə görə, ilk növbədə V.İsayevin ətrafındakı kadrların əməlləri maraq doğurur. Başçının ciddi başağrısı olan çevrəsindəkilər onun özünü də mərkəzi hakimiyyət qarşısında çətinə salırlar.
İddia olunur ki, hətta bir müddət əvvəl İH-də çalışan bir məmurla Vidadi İsayevin qeyri-qanuni işdə saxladığı katibəsi arasında kabinetində saçyolduya çıxıblar.
Başçının kabinetində əlbəyaxanın necə nəticələndiyi bilinməsə də, ümumiyyətlə, V.İsayevin otağında nələr yaşandığını müşahidə etmək üçün “qara maskalı” olanın təşrifi bəs edir.
Necə ki, həbs edilən başçıların kabinetlərindəki kameralar hər şeyi çəkmişdi. Amma bütün bunları ört-basdır edən Bərdə “fironu” heç nə baş verməmiş kimi davranır və mediada hadisənin xəbəri çıxsa da, İH açıqlama belə verməyib.
Çünki V.İsayev nəinki özbaşınalıqları haqda yazılanları, prezidentə gedən məktubları, qəbuluna gələn şikayətçiləri də saymır.
Dəfələrlə şəhid ailəsi, məcburi köçkün hansısa çətinliyinə, probleminə görə icra başçısına üz tutub. Amma onları ya qapıdan qovub, ya qəbul etməyib, ya aşağılayıb.
Yəni, V.İsayevin otağında baş verənlər bir deyil, beş deyil, Biləsuvarın icra başçısı ona baxanda “rəhmət oxudur”.
Elə bunun nəticəsidir ki, Bərdədə bütün aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər ondan narazıdırlar. V.İsayev şəhidlər parkına qədər satıbsa, hansı şəhidin anasına hörmət qoymaqdan söhbət gedə bilər?!
Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. V.İsayev onu gecə ilə sökdürüb, mərmərini, içindəki şveyler, almaturları da çıxardıbsa, hansı köçkünə, şəhidə sayğıdan danışmaq mümkündür?!
Təsadüfi deyil ki, bir müddət qabaq Bərdə ziyalıları imzalı olaraq “Məktəb” qəzetində bəyanatla çıxış etmişdilər Ziyalılar dövlət rəhbərliyinə müraciətdə təcili olaraq Bərdəyə xüsusi komissiya göndərilməsini tələb edirdilər.
Onların sözlərinə görə, V.İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanət edib. Hətta ziyalılar müraciətdə V.İsayevin həbsini istəyirdilər.
Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin binası sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Bütün bu faktlar Bərdədə zülmün ərşə qalxdığını, ziyalıların onun həbsini istəməsinin əsaslı olduğunu göstərir.
Anaxeber.info qeyd edir ki, məhz bu baxımdan DTX-nın Biləsuvarda keçirdiyi əməliyyat bərdəliləri yenidən ruhlandırıb, növbəti təftişin bu rayonda olacağına ümid yaradıb.
Yeri gəlmişkən, araşdırmalar aparılsa məlum olacaq ki, V.İsayev icra başçısı olduğu dövrdə dövlət vəsaitlərinə əl qoymaqla, o cümlədən aldığı rüşvət və “şapka”larla böyük varidata sahib olub.
Onun Bakıda, Bərdədə, Goranboyun Ağcakəndində torpaq sahələri, obyektləri və evləri var. Bir neçə ay əvvəl icra başçısının Yevlaxdakı evinin, obyektlərinin və “N” saylı hərbi hissəsi yaxınlığında fermasının, 100 hektardan artıq əkin sahəsinin fotoları yayılmışdı. Bu kəhkəşan dövlət məmurunun korrupsiyasının nəticəsidir.
Qısası, bərdəlilər o qənaətdədir ki, icra başçısı rayondan həbsə göndərilməsə dinclik tapmayacaqlar.
Yüzlərlə bərdəli adından:
1. Əliyev Cəbrayıl – seriya AZE № 04313279
2. Əliyev Telman – seriya AZE № 04313279
3. Abbasov Abbas – seriya AZE № 03597585
4. Həsənov Rüstəm – seriya AZE № 04980627
5. Baxşəliyev Şahlar – seriya AZE № 06886009
6. Əliyev Yusif – seriya AZE № 04473783
7. Cavanşirov Elşən – seriya AZE № 14283446
8. Mamayev Zəfər – seriya AZE № 14256119
9. Məmişov Fazil – seriya AZE № 08562283
10. Sadıqov Əli – seriya AZE № 04848136
11. Rzayev Əjdər – seriya AZE № 0643850
12. Hacıyev Faiq – seriya AZE № 03593425
13. Əhmədov Natiq – seriya AZE № 01519372
14. Sadıqov Kənan – seriya AZB № 05230637
15. Abdullayev Çingiz – seriya AZE № 05268312
16. Quliyev Yaşar – seriya AZE № 05437543
17. Piriyev Adil – seriya AZE № 05270524
18. Yusifov Səfər – seriya AZE № 04983004
19. Nuriyev Arzu – seriya AZE № 04980385
20. Əkbərov Ramin – seriya AZE № 03106304
21. Mirzəyev Vüsal – seriya AZE № 0686694
22. Qafarova Leyla – seriya AZE № 048449586
23. Quliyev Elgiz – seriya AZE № 60249809
24. Qurbanov Elşad – seriya AZE № 03434037
25. Qasımov Eltural – seriya AZE № 00765023
26. Mehralıyeva Güllər – seriya AZE № 04849539
27. Həsənov Mobil – seriya AZE № 13206837