azia.az
azia.az

Psixoloq Aytac Zeynalova koronavirusdan nələri AÇIQLADI?

15-04-2020, 04:33


Azia.az psxoloq Aytac Zeynalovanın müsahibəsini təqdim edir:
Psixoloq Aytac Zeynalova koronavirusdan nələri AÇIQLADI?
– Aytac xanım, koronavirus insanların psixologiyasına necə təsir edir?

– Son vaxtlar koronavirus pandemiyası ölkədə narahatlıq doğuran əsas məsələlərdən biridir. Bəziləri belə fövqəladə anlarda məsələyə tamamilə biganə yanaşır, bir qrup isə problemi şişirdərək ürəyinə salır.
İstənilən problemə ilkin psixoloji yanaşma aşağıda göstərilən iki formadan biri baş verəndə yanlış olur:

1) Həddindən artıq laqeyd yanaşma;

2) Həddindən artıq panik yanaşma.Ətrafda baş verən heç bir hadisə səbəbsiz deyil və tam laqeyd yanaşma yanlışdır.
Panik yanaşma isə psixoloji cəhətdən həyəcan, stress, qorxu kimi emosional proseslərin yaranmasına gətirib çıxarır. İnsanlarda ölüm qorxusu meydana çıxır.Bu zaman emosional vəziyyətin dəyişməsi və kəskinliyindən asılı olaraq insan orqanizmində hormonal dəyişiklik baş verir. Nəticədə sağlamlıq problemi olan insanların səhhəti zərbə altına düşür.
Belə vəziyyətlərdə düzgün yanaşma balansı qorumaq, nə laqeyd, nə də panik mövqe seçməkdir. Lazımi təhlükəsizlik tədbirləri almaqla biz fiziki, balansı qorumaqla isə psixoloji cəhətdən müdafiə olunmalıyıq.
Xəstəlik ümumiyyətlə, mənfi hal kimi qiymətləndirildiyi üçün çox vaxt insanlarda həyəcan, stress və qorxu yaradır. Sözügedən emosional proseslər isə orqanizmdə adrenalin, noradrenalin və kortizol hormonlarının artması ilə nəticələnir.
Stresli dövrlərdə vücudunuzun vəziyyətə reaksiyası kortizol səviyyəsini artırmaqdır. O, stressə və yorğunluğa ən çox təsir edən hormondur. Səhər oyananda artır və gün ərzində bizə enerji verir. Gecə düşəndə isə yuxusuzluğa səbəb olur. Simptomları bunlardır: Daimi yüksək səviyyədə kortizol mədə xorası, yüksək təzyiq, yorğunluq, narahatlıq və yüksək xolesterin.Adrenalin qorxu və həyəcan vəziyyətində bədəndə artan hormondur. Bədən stress vəziyyətində olduqda hormonların sərbəst buraxılmasından məsuliyyət daşıyan vücudumuz hipotalamusa, hipofiz bezinə bir xəbərdarlıq göndərir və adrenalin ifraz etməsi lazım olduğunu çatdırır. Adrenalinin əsas vəzifəsi bu cür stresli vəziyyətdə barmaqların ucu, burun və qulaq kimi kapilyarlardan qan çıxarmaq və mövcud vəziyyətlə mübarizə aparmaq üçün inkişaf etdirdiyiniz silahlar kimi geniş əzələ qruplarına göndərməkdir. Buna görə stress zamanı birdən gücləndiyini hiss edirsən.
Noradrenalin isə qəzəb və təhlükəli vəziyyətlərdə artır.

– Karantin dövründə insanlar evdə daha çox hansı işlərlə məşğul olsalar, depresssiyadan uzaq olarlar?

– Karantinə qədər olan günlerimizə nəzər yetirsək , böyük əksəriyyətimiz həmin günlərdə də sıxılırdıq. Məsələn, məktəbli hər gün məktəbə getməkdən, tələbə mühazirə və seminar dərslərindən, kimsə hər gün eyni işlərlə məşğul olmaqdan bezir və istirahət istəyirdi. Indi isə, əksinə, istirahətdən sıxılırıq. Bəlkə də, istirahətimizi də, işimiz kimi monoton şəkildə təşkil etdiyimiz üçün belədir. Istirahət deyəndə insanların ağlına dərhal kitab oxumaq, film izləmək, yatmaq, oynamaq və s… olur. İlk baxışda hər biri çox gözəl fikirlər kimi görünür. Həqiqətən, belədir. Amma düzgün vaxt bölgüsü, doğru yuxu rejimi tətbiq etmədən istirahətimizi də davamlı eyni fəaliyyəti təkrarlamaqla darıxdırıcı hala gətiririk. Durmadan kitab oxumaq da, film izləmək də, yatmaq da, yemək bişirmək də, oynamaq da insanı yorar. Buna görə çalışıb istirahətimizi və fəaliyyətimizi düzgün şəkildə qurmalıyıq ki, sıxılmayaq və vaxtımızı səmərəli şəkildə keçirməklə yanaşı zövq alaq.

1. Yuxu saatlarını normal günlərdə olduğu kimi rejimli qurmaq;

2. Davamlı eyni fəaliyyətlə deyil, fərqli işlərlə məşğul olaq;

3. Ən azından bir neçə saatı bu günə qədər gördüyümüz işlərə vaxt ayırmaq

4. Ailə üzvlərimizlə ünsiyyətdə olmağa çalışaq;

5. Gələcək həyat planlarımızı bir daha gözdən keçirək ..

İnsan sosial varlıqdır. Bu, o deməkdir ki, ünsiyyət bizim ən təbii təlabatlarımızdan biridir. Heç şübhəsiz, karantin günlərində sıxılmağımızın ən böyük səbəblərindən biri davamlı görüşdüyümüz və ünsiyyətdə olduğumuz insanlardan uzaq qalmaqdır. Belə olan təqdirdə bu ünsiyyət təlabatımızı “online” proqramlar, sosial şəbəkələr vasitəsilə, ən əsası isə ailə üzvləri ilə ünsiyyətdə olmaqla bərpa edə bilərik.

– Bu karantin ən çox hansı yaş qrup insanların psixologiyasına təsir
edəcək?

– Mənim fikirimcə, karantin rejimi ən çox yeniyetmələr və gənclərin psixologiyasına daha çox təsir edir. Çünki onlar daha çox gəzməyə əylənməyə meyilli olurlar,vaxtlarını evdən çox restoranlarda, alış-veris mərkəzlərində keçirdikləri üçün hal -hazirki vəziyyət onlar üçün arzuolunmazdır.

– Karantin dövründən sonra insanların normal həyata adaptasiya olması üçün nə qədər vaxt lazım olacaq?

– Düşünürəm ki, bu suala cavab vermək hələ tezdir. Amma bu hər bir insanın öz psixoloji durumuna və özünü necə hazırlanmasından asılı olacaq. Bu insana görə dəyişir. Kimi uzun müddət, kimi də qısa vaxt ərzində yenidən əvvəlki vəziyyətinə qayıda bilər.

– Bunun ucun nə etməliyik?

– Biz çalışmalıyıq ki, insanlara qarşı aqressivlik nümayiş etdirməyək. Çünki məlumdur evdə hər gün qalmaq insanlarda müəyyən qədər əsəb yaradacaq. Və psixoloji durumumuzu elə tarazlamalıyıq ki, karantin bitdikdən sonra əvvəlki həyatımıza qayıtmaq asan olsun. İnsanlarla əvvəlkindən yaxşı davranaq. Bu karantin müddəti əslində özümüzü təhlil etmək üçün bir məqamdır. Yaxsi və pis xüsusiyyətlərimizi üzə çıxara bilərik. Çalışaq ki, yaxşı xüsusiyyətləri davam etdirib, pis xüsusiyyətləri aradan qaldıraq.

Əlaqə: 0124892760

0556517999; 0505927999
DOSYE.ORG
Psixoloq Aytac Zeynalova koronavirusdan nələri AÇIQLADI?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi