azia.az
azia.az

Partiya sədri Siyavuş Novruzova cavab verdi: “O insanların dədə-baba evlərinin hər biri bir imarət idi” (VİDEO)

15-03-2020, 16:42

Partiya sədri Siyavuş Novruzova cavab verdi: “O insanların dədə-baba evlərinin hər biri bir imarət idi” (VİDEO)
“Kimsə işğala görə qaçqınları, məcburi köçkünləri qınaya bilmədiyi kimi, dövlətin onlara ev tikməsini də xüsusi imtiyaz deyə təqdim edə bilməz. O insanların dədə-baba evlərinin hər biri bir imarət idi. Sizin vəzifəniz işğal altında olan torpaqları azad etməkdir, torpağı azad edin, vətəndaş özü gedib yurdumuzda ev tikəcək…”

AzToday.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deputat Siyavuş Novruzova cavab olaraq bildirib.

Qeyd edək ki, Siyavuş Novruzov Milli Məclisdə ilk çıxışında deyib ki, “neft pullarının hesabına qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. İnsanlar zəlzələdən evi uçanda dövlət vətəndaşa ev tikir, yanğından evi yanan vətəndaşa dövlət ev verir. Başqa ölkələrdə belə addımlar atılmır. Dövlət insanlara DƏDƏSİ-BABASI tikəndən daha yaxşı ev verib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi