azia.az
azia.az

Paytaxt yollarında sürət həddi endirildi

2-03-2020, 12:52

Paytaxt yollarında sürət həddi endirildi

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

Azia.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Adi günlərdən fərqli olaraq, şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi