Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovu itirdik
Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. APA-nın məlumatına görə, bu barədə həkimi Adil Qeybulla Facebook hesabında yazıb.
Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov daha sonra “Bakı City Hospital”a yerləşdirilmişdi.