azia.az
azia.az

Dünyanın ən bahalı avtomobili Azərbaycan üzərindən tranzit keçdi

11-01-2020, 12:04

Dünyanın ən bahalı avtomobili Azərbaycan üzərindən tranzit keçdi
Bakıya dünyanın ən sürətli avtomobili sayılan “Bugatti Chiron”un gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Ötən il dekabr ayının 30-da Bakıda fotoşəkilləri çəkilən avtomobilin "Silk Way" aviaşirkəti vasitəsilə gətirildiyi bəlli olsa da, sahibinin kimliyi məlum deyil. (Azpolitika.info)
Dünyanın ən bahalı avtomobili Azərbaycan üzərindən tranzit keçdi
"Bugatti Chiron" Fransanın “Bugatti” şirkəti tərəfindən 2016-cı ildən istehsal olunur. "Bugatti Veyron"un xələfi olan bu hiper-avtomobil 1500 at gücündə, 8 litrlik W16 kvad-turbo mühərrikə malikdir. 100 km/saat sürəti 2,5 saniyəyə, 300 km/saat sürəti isə 15 saniyəyə yığa bilir. Avtomobilin maksimal sürəti isə 500 km/saatdır.

Qiyməti 2,5 milyon avrodan (5 milyon manatdan) başlayan bu avtomobilin ölkəmizə idxalına görə minimum 1,7 milyon manat gömrük rüsumu ödənilməlidir. Digər xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakıya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon manat arası vəsait ödəməsi tələb olunur.
Dünyanın ən bahalı avtomobili Azərbaycan üzərindən tranzit keçdi
Bəs avtomobil Bakıya gələrkən gömrük nəzarətindən keçibmi? Dövlət Gömrük Komitəsindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirdilər ki, bu avtomobil Azərbaycan tranzit gəlib və ölkəyə aidiyyati yoxdur.

“Bugatti Chiron” avtomobilini Almaniyanın Hann şəhərindən gətiriblər. Bakıda təyyarə dəyişilib, başqa təyyarə ilə Dubaya yola salınıb. Azərbaycandan sadəcə tranzit keçib. Bu avtomobilin Azərbaycana aidiyyatı yoxdur”, - komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib.

Qeyd edək ki, “Bugatti” şirkəti lüks avtomobilin bu modelindən cəmi 500 ədəd buraxmaq planlaşdırıb.

Gülnar Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi