Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır – FOTOLAR
Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin ölkədən qaçan sabiq müdiri Rəfail Abdullayevin milyonluq mülkləri üzə çıxıb.
Unikal.org-a daxil olan məlumata görə, Rəfail Abdullayev Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin yaxın adamlarından biri olub. İcra başçısı bu yaxınlığa görə, Rəfail Abdullayevi hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edib.
O, Sabunçu rayonu ərazisində qanunsuz torpaq satışı və tikinti işləri ilə məşğul olan şəxslərdən biri olub. R.Abdullayev icra başçısının ona verdiyi “səlahiyyət” çərçivəsində məhz bu rayonda milyonluq müklərə də sahib olub. Hazırda R.Abdullayevin Sabunçu rayonu Bakıxanov qəsəbəsində 3 mərtəbəli villası,
3 milyon dəyərində olan “Şəhrizad” uşaq bağçası,
Bilgəhdə bağ evi, Maştağa Savalan massivində hektarlarla torpaq sahəsi, Bakının mərkəzində yeni tikilən binalarda mənzilləri, Ukraynada obyekti, Şamaxıda villası və restoran kompleksi var.
Rəfail Abdullayevin “Quska” ləqəbli ilə tanınan, sabiq millət vəkili Hüseyn Abdullayevlə də sıx işbirliyi olub. Rəfail Abdullayev hazırda həbsdə olan Hüseyn Abdullayevin bir vaxtlar saxladığı bandanın üzvü olub.