Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilən konfrans-Hesabat
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili”
layihəsi çərçivəsində keçirilən I konrfransın
HESABATI
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində uğurla inkişaf edən müstəqil Azərbaycanın təhsil sistemində bir çox layihələr icra edilir. Bu layihələr təhsilin humanitar sahələrə inteqrasiyası istiqamətində əhəmiyyətli rol oynayır. Bu baxımdan “İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsinin icrası mühüm əhəmiyyətə malikdir.
Bakı şəhəri 268 nömrəli xüsusi məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təşkil edilən konfrans sözügedən layihə çərçivəsində həyata keçirilən ilk tədbirlərdən biridir.
11 sentyabr 2019-cu il tarində Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbin akt zalında baş tutan tədbirdə məktəbin müəllim və şagird heyəti, direktor Seyfəddin Mustafayev, təşkilatçı Kübra Bayramova, Təhsil Nazirliyinin “TOPS” layihəsinin koordinatoru Səməndər Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova, Əməkdar müəllim Arifə Əliyeva, Bakı şəhəri 254 nömrəli tam orta məktəbin psixoloqu Səidə Nuriyeva, idman, bədən tərbiyəsi, tibb, incəsənət, mədəniyyət xadimləri, “Avontaj” qrupu və ARB TV kanalının aparıcısı Amid Həsənquliyev olan “Biz birik” verilişinin çəkiliş qrupu iştirak edirdilər. Eyni zamanda, layihə rəhbəri, Bakı şəhəri 254 nömrəli tam orta məktəbin müəllimi Nazilə Rüstəmzadə tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya da rəsmi qaydada müraciət edilmiş və onun tədbirə qatılması xahiş olunmuşdur. Təəssüf ki, həmin vaxtda ölkədə olmadığı üçün Leyla xanım tədbirdə iştirak edə bilməmişdir.
Sağlamlıq imkanları məhdud olan uşaqların musiqi istedadı ilə rövnəqlənən, maariflənmə və əyləncə xarakteri daşıyan bu konfrans layihə rəhbəri tərəfindən gözəl hədiyyələrin və təşəkkürnamələrin təltif edilməsi ilə sona çatdı.
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili”
layihəsi çərçivəsində keçirilən II konfransın
HESABATI
Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onların bilik və bacarıq vərdişlərinin genişləndirilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Cəmiyyətin bu həssas üzvlərinin mükəmməl təhsil almaları üçün yaradılan münbit şərait, xüsusən də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü dəyərli işlər böyük əhəmiyyətə malikdir. Bu baxımdan “İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsinin xüsusi önəmi var.
18 oktyabr 2019-cu il tarində Xətai rayonundakı R.Əliyev adına 254 nömrəli tam orta məktəbin akt zalında keçirilən konfransda məktəbin müəllim-şagird kollektivi, uşaq birliyinin rəhbəri, psixoloq, ziyalılar, müxtəlif ixtisas – peşə sahibləri, idman, incəsənət, mədəniyyət nümayəndələri yaxından iştirak etdilər.
Milli Müstəqillik Gününə həsr olunan konfransda çıxış edən ibtidai sinif müəllimi Xuraman Məmmədova sağlamlıq imkanları məhdud olan uşaqların müstəqillik illərində qazandıqları böyük uğurlardan, onların hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunmaqlarından geniş söhbət açdı.
Dövlət müstəqilliyimizin ildönümünə təsadüf edən konfransda çıxış edən məktəbin ibtidai sinif müəllimi Nərgiz Mirzəliyeva isə ölkəmizin müstəqillik dönəmində Azərbaycan təhsilində sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinə, onların cəmiyyətə inteqrasiyasına xüsusi diqqət yetirilməsindən ətraflı danışdı.
Məktəbin 4-cü sinif şagirdlərinin sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hazırladıqları ədəbi-bədii-musiqili proqram konfransda iştirak edən hər bir kəsi ürəkdən süvindirdi. İki saat davam edən konfrans maraqlı viktorina ilə başa çatdı.
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili”
layihəsi çərçivəsində keçirilən III konfransın
HESABATI
Sağlamlıq imkanları məhdud olan uşaqların ədəbiyyata, incəsənətə, mədəniyyətə, milli-mənəvi sərvətlərimizə olan böyük marağı, onların istedad və bacarıqlarının üzə çıxarılması Azərbaycanın təhsil sistemində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan “İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində 31 oktyabr 2019-cu il tarixində Xətai rayonundakı 254 nömrəli tam orta məktəbdə növbəti bir konfransın keçirilməsi təqdirəlayiqdir.
Azərbaycan Republikasının Dövlət Bayrağı Günününə həsr olunan tədbirdə, layihə rəhbəri Nazilə Rüstəmzadə, məktəbin müəllim-şagird heyəti, uşaq birliyinin rəhbəri, psixoloq, ziyalılar, müxtəlif ixtisas-peşə sahibləri, müxtəlif musiqi və rəqs qrupları, idmançılar yaxından iştirak edirdilər.
Çıxış edənlər inklüziv təhsilin inkişafından, sağıamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən geniş söhbət açdılar.
Daha sonra bədii-musiqili hissə başladı. Q. Mustafayev (xanəndə), F. Bədirova (kamançaçı), İ. Nuriyev (vokalist), “Effekt” uşaq vokal qrupu, M. Fətdayevanın bədii rəhbərliyi ilə “Şəms” rəqs qrupu, R. Əlizadənin bədii rəhbərliyi ilə “Səma” rəqs qrupu öz maraqlı çıxışları ilə sağlamlıq imkanları məhdud olan uşaqların sevincinə səbəb oldular. Tədbir sağlamlıq imkanları məhdud olan uşaqlara təşkilatçılar tərəfindən hədiyyələrin təqdim olunması ilə başa çatdı.
Layihə rəhbəri: Nazilə Rüstəmzadə