Qoşqar Təhməzli və Səfər Mehdiyev uşaqlarımıza təhlükəli şokolad yağı yedirir?-Fotolar
Ölkənin şokolad yağı bazarında da bir anarxiya hökm sürür. Ölkəyə idxal edilən bu məhsulların keyfiyyəti, yağların mənşəyi barədə müxtəlif mülahizələr, iddialar səslənməkdədir.
Bəzi ekspertlər şokolad yağlarının palma yağı olduğu fikrini irəli sürürlər, bir sıra mütəxəssislər xərçəng xəstəliyi yaydığı ehtimalını səsləndirirlər. Hazırda marketlərdə müxtəlif adlarda şokolad yağları satışdadır.
Nəzərə alsaq ki, bu məhsulu ən çox uşaqlar yeyirlər, o zaman səslənən iddialarla bağlı narahat olmağa dəyər. Maraqlıdır ki, bu məhsullar haradan idxal edilir, Dövlət Gömrük Komitəsi nəzarət edirmi, Qida Təhlükəsizliyi Agentliyi şokolad yağlarının mənşəyini, keyfiyyətini laboratoriyalarda yoxlayırmı?
Reportyor.info-nun araşdırma qrupu bununla əlaqədar əvvəlcə bir neçə marketlərə baş çəkib, qiymətlərlə maraqlanıb. Əməkdaşlarımızın verdiyi məlumata görə, “Azərsun holdinq”in məhsulu olan “Şokki-mokki” şokolad yağları mağazalarda 5 manat, 99 qəpiyə satışdadır.
Müxbirlərimiz sorğu zamanı öyrənib ki, alıcılar bu məhsula o qədər də üstünlük vermirlər. Bu da yerli mala olan inamsızlıqdan qaynaqlanır.
Alıcıların sözlərinə görə, “Azərsun”un məhsulunun keyfiyyətli olub-olmamasına şübhə ilə yanaşırlar. Ona görə xaricdən gələn və adı brend olan şokolad yağını almaq tərəfdarıdırlar.
“Şokki-mokki”dən fərqli olaraq, “Nutella” isə 3 manat, 94 qəpiyə satılır.Türkiyə istehsalı olan “Çoko krem”in isə balaca qutuda olanı 2 manat 8 qəpiyə vitrində qoyulub.
Bundan əlavə, “Nutti” 2 manat 79 qəpiyə satılır. “Çokella” ən kiçiyi 5 manat 93 qəpiyə, “Nutcream” isə 4 manat 39 qəpiyədir. Hazırda ölkənin şokolad yağı bazarında əsas məhsullar bunlardan ibarətdir.
Amma AQTA tərəfindən bu məhsullarla bağlı heç bir araşdırma aparılmadığı məlum olub. Qida Agentliyi onların tərkibində palma yağı olub-olmaması ilə maraqlanmır. Bu baxımdan əhaliyə xüsusən uşaqlara hansı şokolad yağını verməyin məsləhət olduğunu heç kəs bilmir.
Bir müddət əvvəl İtaliyanın “Ferrero” şirkətinin “Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılmağa başlanmışdı.
Səbəb isə tərkibində təhlükəli olduğu bildirilən palma yağının olmasıdır. Amma faktiki olaraq, Azərbaycan marketlərində “Nutella” vitrinləri bəzəyir. Bu detalı araşdırma qrupumuz çəkiliş apararkən lentə alıb.
Bu da azmış kimi, ötən il AQTA “Nutti” şokolad yağlarının satışdan yığışdırıldığı, ekspertiza üçün geri çağırıldığı məlumatı yaymışdı. Amma sonra guya hər hansı problem olmadığını izah etməyə çalışdılar.
Bir sözlə, bazarda keyfiyyətinə zəmanət verilməyən, palma yağı olub-olmadığı bilinməyən, nəzarət olunmayan şokolad məhsulları “at oynadır”lar.
Məsələn, marketlərdə satılan “Nutcream” şokolad yağının mənşəyi, mənbəyi haqda heç bir məlumat verilmir. Amma dükanlarda satılır.
Gömrük Komitəsi sədri Səfər Mehdiyev və Qida Agentliyi sədri Qoşqar Təhməzli adları bir-birinə oxşayan “Nutella”, “Nutti” və “Nutcream” şokoladları barəsində araşdırma aparıb istehlakçılara məlumat verməlidirlər.
Məsələn, ekspert Eyyub Hüseynov bildirmişdi ki, “Nutella”şokoladlarının tərkibində olan palma yağı təhlükəlidir:
“Texniki və qida üçünolan palma yağları var. Avropada da qida üçün olan yağlar satılır. Amma texnikiməqsədlərlə hazırlanmış yağların qidada istifadəsi yolverilməzdir”.
Qidalanma məsələləri üzrə ekspert Möhsün Quliyevin mediaya açıqlamasında sözlərinə görə, bu cür yağlar tərkib etibarilə heç də faydalı deyil və nəinki uşaqlar, hətta böyüklər də bu yağlardan istifadə etməməlidir:
“Kakaolu fındıq yağı deyilən yağların əksəriyyəti marqarindir və indi faktdır ki, bir çox qidaların qablaşdırılması üçün lazım olan əşyalar xarici ölkələrdən gətirilir. Tərkib etibarilə isə tamamilə yerli olur.
“Lesitin adlı maddə var ki, bu, ya soya bitkisindən, ya da yumurtanın sarısından əldə edilir. Şokolad yağı kimi bildiyimiz bu qarışığın içərisində də xüsusən soya lesitinləri vurulur ki, bu soyaların əksəriyyəti GMO-dur. Vurulmağına səbəb isə kakaolu marqarinin dadını, necə deyərlər, tutdurmaqdır”.
Amma AQTA sədri Qoşqar Təhməzlini bu məsələlər görünür, narahat eləmir. Çünki gömrükdə yağ məhsullarının inhisarı gömrük məmurlarındadır.
AQTA isə gömrük çefinin “kəsdiyi başa sorğu yoxdur” prinsipi ilə fəaliyyəyt göstərir və heç bir araşdırma aparmır.
REPOERTYOR.info