Qardaş Türkiyə üçün Suriyada illərdi qorxduğumuz dövr başladı
Amerika Suriyanın şimalından qoşununu çəkir.Ərdoğan Fəratın şərqində PKK uzantısına qarşı əməliyyata hər an başlamağa hazır olduğunu deyir.Trampın dedikləri isə budur:" Türkiyənin iqtisadiyyatını məhv edərik,Avropa ölkələri Suriyanın şimalında saxladığımız İŞİD terrorçusu olan vətəndaşlarına sahib çıxmasalar ,onları açıb buraxacayıq".Böyük terror təcrübəsi olan bu qaniçənlərin buraxılandan sonra nə edəcəkləri təxminən bilinir.Trampın Ərdoğana və Türkiyəyə necə acıqlı olduğunu bilirik.Amerikanın neçə ildi Suriyada İŞİD-lə mübarizədə kürdlərlə necə açıq müttəfiqlik etdiyini də bilirik.1960-cı illərin ortalarında İraqda general Qasemin və Həsən əl Bakrın (bunlar Səddamdan qabaq olublar) prezidentlikləri dövründə üsyançı Müstafa Bərzaninin kürd hərəkatına necə kömək etdiyini də bilirik.Bərzaninin Amerikada dəfn olunduğunu da bilirik.Baxmayaraq ki,40-50 -ci illərdə o SSRİ-nin adamı idi və hətta Naxçıvanda mühacir həyatı yaşamışdı.Atanın xidmətlərini unutmayan Amerika 2003-cü ildə İraqa müdaxilə edən kimi oğul Məsud Bərzanini hakimiyyətə gətirdi,müstəqilliyə bircə "sm"qalan Kürdüstan yaratdı və İraqı faktiki parçaladı.
İndi qardaş Türkiyənin Şimali Suriyada PKK uzantıları ilə neçə illik üzücü müharibəyə cəlb oluna biləcəyini kimsə bilirmi?Suriyadan çəkilirəm deyən Tramp əslində kürdlərdən əlini çəkəcəkmi? Bərzanilərlə 60 il əvvəl başlanmış müttəfiqlik bağlantısına sadiqliyi təsadüfən yada salmadım.Şimali Suriyada Ərdoğanın üzücü müharibəsinin sonda orada da müstəqilliyə bircə "sm"məsafəsi qalmış Kürdüstanın yaranmasına gətirib çıxarmayacağına təminat varmı? Bu yandan da Rusiya dedi ki,Türkiyə Suriyanın torpaq bütovlüyünə hörmət etməlidir,yəni nə vaxtsa çıxmalıdlr...
Nəticəni birlikdə çıxaraq...