azia.az
azia.az

Vətəndaşın aylıq xərci və minimum ehtiyac meyarı: Fərq nə qədərdir? - VİDEOSORĞU

27-12-2019, 19:00


Bu il Azərbaycanda minimum əmək haqqı və minimum pensiya məbləği iki dəfə artırıldı. Lakin minimum ehtiyac meyarı 143 manatdır.
Vətəndaşın aylıq xərci və minimum ehtiyac meyarı: Fərq nə qədərdir? - VİDEOSORĞU
Ekspertlər hesab edir ki, hazırki bazar qiymətlərini və yaşam şərtlərini nəzərə aldıqda bu məbləğ bir fərdin aylıq ehtiyaclarının ödənilməsi üçün yetərli deyil. Gözləntilər var ki, növbəti aylarda minimum ehtiyac meyarının artırılması ilə bağlı da qərar veriləcək.

Bununla yanaşı, 2019-cu ildə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır.

Bəs görəsən, vətəndaşlar necə düşünür, minimum ehtiyac meyarı onların aylıq xərci ilə üst-0üstə düşürmü? Bir nəfərin 1 aylıq yaşayışı, minimal şərtlərlə təmin olunması üçün ayda nə qədər vəsaitə ehtiyac var?

Musavat.com olaraq bu sualla bağlı ictimai rəyə aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik.

Respondentlərin cavablarını təqdim etdiyimiz videoda izləyə bilərsiniz.
Nərgiz LİFTİYEVA,
Elçin ƏKBƏROV,
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi