azia.az
azia.az

Nazir müavini meşələri ƏKİB-BİÇİR... - İDDİA

29-01-2022, 15:00

Nazir müavini meşələri ƏKİB-BİÇİR... - İDDİA
Meşələrimzdə olan "soyqırım" və torpaq alveri ilə bağlı olan şikayətlərin ardı-arası kəsilmir. Bu şikayətlər Respublikamızın müxtəlif regionlarından gəlir və bu meşə biznesinin arxasında nazir müavini Vüqar Kərimov cənablarının olduğu deyilir. Bildirilir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Harada qovulmuş, orta ixtisas təhsilli, təhsilsiz və qeyri-meşəçilər varsa, onları həyatımızın əsasını təşkil edən, bu mürəkkəb meşə sahəsinə rəhbər, baş mütəxəssis və mühəndis vəzifələrinə gətirib doldurublar!
Görəsən, Vüqar müəllimin meşə sahəsinə belə düşmancasına yanaşmağda məqsədi nədir?!
Nazir müavini meşələri ƏKİB-BİÇİR... - İDDİA
Məlumata görə, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıbov Əmək müfəttişliyindən qovulmasına baxmayaraq, onu hazırda tutduğu vəzifəyə tanışı nazir müavini Vüqar Kərimov gətirib. Bu şəxs meşə sahəsində ümumiyyətlə naşı bir kadrdır , amma dövlət meşə fondu torpaqların vətəndaşlara kənd təsərrüfatı bitkiləri və yonca əkmək üçün satmaqa gəldikdə isə təcrübəli bir direktorudur. Qeyri-qanuni k/t bitkiləri və yonca əkilən yerlər, əsasən Salyan, Saatlı və Sabirabad meşəbəyliylərində əkilib. Əkilən yerlər Salyanın Şorsulu, Daykənd, Quyuçu və Yenikənd, Sabirabadın isə Buldux və Həşımxanlı kəndlərindədir. Şəxsən özü üçün isə Kürdəmir ərazisində Sığırlı meşəbəyliyində (dövlət meşə fondunda) 40.00 əraziyə taxıl bitkiləri əkib. İstinad olunan mənbə bu linkdir:http://www.dia.az/8/327780-nazir-muavini-mesheleri-ekb-bchr.html

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi