azia.az
azia.az

Göyçayın icra başçısı Mehdi Səlimzadənin qandonduran əməlləri… İDDİA

25-12-2021, 09:27

Kinoda deyir e, Rza kimi qohumun boyunu yerə soxum..
Göyçayın icra başçısı Mehdi Səlimzadənin qandonduran əməlləri… İDDİA
Biz Prezidentin yanındayıq, sən haradasan, Səlimzadə..?
2016-cı ildən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı işləyən Mehdi Səlimzadənin qanunsuz əməlləri barədə vətəndaş şikayətlərini oxuyanda adam sözün həqiqi mənasında dəhşətə gəlir.
Bu adam açıq-aşkar sahibkarlara divan tutur, məhkəmə qərarlarını vecinə almır, bir sözlə, rayonda at oynadır. Hələ icra başçısının qardaşı oğlu özünü rayonun “kəndxudası” kimi aparır.
Bu barədə bir neçə dəfə Milli Məclisdə kəskin çıxışlar olub.
Vətəndaş bildiri ki, Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə uzun müddət bizim ailənin istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsini 5000 manat rüşvət alaraq, qanunsuz olaraq Göyçay rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elnur İsmayılovun oğlu Rəvan İsmayılova satmışdır.
Başqa bir vətəndaş yazır ki, Mehdi Səlimzadə Göyçayı feodal qanunları ilə idarə edib, harada kimə gəldi torpağı sənədləşmə aparılmadan qanunsuz satır. Buna görə, təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilmiş obyektlər var.
İcra başçısı rayondakı bələdiyyələrin səlahiyyətlərini mənimsəyib.
Yüzlərlə vətəndaşlar müraciət edərək cənab Prezident İlham Əliyevdən kömək istəyirlər.
Göyçay rayon Sanitar-Təmizlik idarəsinin sabiq rəisi həbsxanadan yazır ki, mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur, 250 min manatı mən yox, Mehdi Səlimzadə mənimsəyib.
Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqqları kartı isə Mehdi Səlimzadənin cibində olub.
Deməli, Səlimzadənin işdən qanunsuz çıxardığı şəxsləri məhkəmə işə bərpa edir, icra başçısı isə məhkəmə qərarlarını cırıb tullayır.
Görəsən, bundan o tərəfi varmı ?
Bir sözlə, Göyçay camaatı Mehdi Səlimzadənin əlindən boğaza yığılıblar. Və heç bir qurumun Mehdi Səlimzadəyə gücü çatmır.
Mehdi Səlimzadə hər yerdə özünü yuxarı dairələrə qohum kimi qələmə verir.
Lah tutaq ki, icra başçısı yuxarılarla qohumdur. Məgər bu əsas verirmi ki, cinayət əməllərinə yol verəsən?
Sən əksinə yuxarıların hörmətini və nüfuzunu qorumalısan, ay Mehdi Səlimzadə.
Kinoda deyir ee, Rza kimi qohumun boyunu yerə soxum…
Biz Mehdi Səlimzadədən konkret olaraq soruşuruq ki, sən kimin yanındasan ?
Sən medianı, hətta millət vəkillərini ittiham edirsən ki, səni tənqid edirlər.
Millət vəkilləri də, media da cənab Prezidentin, dövlətimizin yanındadır. Bəs sən haradasan, kimə və nəyə qulluq edirsən ?
Gündəlik-Bakıya müraciət edən şəxs qəzetimiz vasitəsilə sənə ismarıc yollayıb, gözün aydın, Səlimzadə.
Vətəndaş deyir ki, Mehdi Səlimzadə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi vəzifəsində işləyərkən, ona 8 banka kürü-“ikra” vermişəm, dünyanın harasında olur-olsun, Səlimzadənin yaxasından yapışıb ya “ikra”nı, ya da pulunu alacam ….
Buna sözün nədir, Mehdi Səlimzadə ?
8 banka “ikra”nı nə vaxt qaytaracaqsan ? gündelik baki.com/
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi