azia.az
azia.az

Lerikdə məktəb direktoru özünə saxta pensiya düzəldib, pensiyanı ləğv etsələrdə direktora söz deyən yoxdur-FOTOFAKT

19-10-2020, 14:57

Lerikdə məktəb direktoru özünə saxta pensiya düzəldib, pensiyanı ləğv etsələrdə direktora söz deyən yoxdur-FOTOFAKT

Redaksiyamıza Lerik rayonundan Elman Zeynalov adlı vətəndaş Azia.az-ın redaksiyasaına şikayət məktubu ünvanlayıb. Məktubun məzmunu ilə sizi tanış edirik:

Cənab Prezidentimizin ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizə tədbirlərini dəstəkləyirəm. Müharibə dövrünü fürsət bilən Lerik rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov öz çirkin əməllərini həyata keçirməyə çalışır. Məktəbimizin Hərbi Rəhbəri olmadığı halda hərbi dərsləri müvəqqəti olaraq Qardaşı Qüdrət Əmirova həvalə etmişdir.Direktorun qardaşı Qüdrət Əmirov rus ordusun fəhlə batalyonunda xidmət edib. Halbuki 14 il hərbi dərsləri tədris etmiş Müəllimimiz var.
2018 ci ildə Lerik Rayon Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov ağır xəstəlik diaqnozları ilə özü üçün pensiya düzəltdirmişdir. Direktorun bu saxta işinin üstü açılandan sonra Əmək və sosial müdafiə nazirliyi tərəfindən direktorun saxta pensiyası dayandırılmışdır. Direktoru Təhsil Nazirliyində qoruyan qüvvələr onun bu saxtakar əməllərinə qarşı tədbir görülməsinin qarşısını alır.

Azia.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi