azia.az
azia.az

Nazir Oqtay Şirəliyevin qızı ermənini özünə köməkçi təyin etdi

6-10-2018, 08:01

Xəbər verdiyimiz kimi, oktyabr ayının 1-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nərmin Şirəliyeva bu posta təyinat aldıqdan sonra ermənini özünə köməkçi götürüb. Köməkçisinin adı isə Karen Spartakoviçdir.

Qeyd edək ki, Nərmin Şirəliyeva məşhur erməni aktyor Armen Ciqarxanyanla yaxın dostluq münasibətləri var. Bu münasibətlərə Armen Ciqarxanyan belə münasibət bildirib:

"Mən erməniyəm, ancaq mənim tamamilə Nərminlə möcüzəvi dostluq münasibətlərim var”.

Bundan başqa N.Şirəliyevanın digər erməni məşhurlarla da yaxın dostuluq əlaqələri var.

Xatırladaq ki, Nərmin Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində işləyib. Nərmin Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi