azia.az
azia.az

Unutmadıq...-Aynur Nurlu yazır

28-02-2026, 23:47

   Fevral ayının 26- da, Azərbaycan Dövlət  Uşaq Filarmoniyasında ,,Günay" uşaq və gənclər teatrının Xocalı soyqırımına həsr etdikləri ,,Unutmadıq" tamaşası təqdim olundu. Tamaşanın müəllifi Zərəngiz Dəmirçi Qayalıdır, rejissoru isə Tarusova Larisa Viktorovnadır.

Tədbirin açılışında ilk olaraq çıxış edən Zərəngiz xanım, Xocall faciəsinin Azərbaycan xalqına yaşatdığı ağrılardan, günahsız qurbanların fəryadından bəhs edərək, əsərində bütün millətimizin ruhunu əks etdirdiyini qeyd etdi. 

   Rejissor Larisa Viktorovna, gənc aktyorların səmimi yaradıcılıq qabiliyyətini nümayiş etdirməklə yanaşı, əsərin ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz dərin təşəkkürünü bildirdi.

Tamaşada yer alan əsas qəhrəmanlardan biri- gənc və istedadlı aktyor Tuncay idi. Xatırladaq ki, Tuncay, sevilən sənətkarımız Mətanət İskəndərlinin nəvəsi və gənc müğənni Canana xanımın böyük övladıdır. 

Tüncay bəy saytımıza açıqlamasında ,,teatrın onun həyatında böyük rol oynadığını və gələcəkdə məhz proqramist sənətinin sahibi olacağını",- bildirdi.

   Tamaşanın açılışında və yekununda yer alan sevimli sənətkarımız, Əməkdar Artist Mətanət İskəndərli, Azərbaycan xalqına bir daha ağır müsibət yaşamamasını diləməklə yanaşı, tamaşada çıxış edən gənc aktyorlara öz xeyir -duasını ərməğan etdi. 

  44 Günlük Vətən Müharibəsində, Fizuli rayonunun Əbdürrəhmanlı kəndində əbədiyyətə qovuşan şəhidimiz Ramil Yisifzadənin anası, Reyhan xanım Yusufova çıxış edərək, tamaşadan çox təsirləndiyini bildirərək, əsərin müəllif və rejissoruna öz dərin təşəkkürünü bildirdi.



Aynur Nurlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi