Üç vəkilə töhmət verilib, daha 2-si üzvlükdən xaric edilib-TƏFƏRRÜAT
Azərbaycanda iki vəkilin Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric olunması üçün qərar verilib.
Xəbər verilir ki, bu barədə Kollegiyanın Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb, habelə 2 vəkilin fəaliyyəti dayandırılmaqla VK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.