azia.az
azia.az

21 VƏZİFƏLİ ŞƏXS İŞDƏN AZAD OLUNDU

12-07-2024, 13:33

Bu ilin altı ayı ərzində (1 yanvar-30 iyun) keçirilən yoxlamalar nəticəsində 21 bağça müdiri işdən azad edilib.

Bildirilir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, həmin müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət alan müdirlərin sayı 86 olub.

"Eyni zamanda son altı ayda bağçalara 41 müdir təyinatı olub. Hazırda müdir vəzifəsi üçün 246 yer vakantdır",- məlumatda bildirilib.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi