"OVCO GROUP"UN OVÇULUĞU POLİSDƏ ARAŞDIRILIR…
Özünü adı çəkilən MMC-nin rəhbəri və ANS-in sabiq əməkdaşı kimi təqdim edən Orxan Valeh oğlu Səlimzadə internetdəki bərbəzəkli işə qəbul elanları ilə gəncləri necə tora salırmış?
…Əslində, dələduzluğun bu forması çoxdan mövcuddur. Amma özünü gah Beynəlxalq dərəcəli "OVCO GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri, gah ANS-in sabiq işçisi və s. kimi təqdim edən Orxan Səlimzadə bu yola indi düşüb, amma pis əməllə düşüb. Daha doğrusu, indi özünün işi polisdədir.
Qısası, Orxan internetdə elan verir ki, bəs 750 manatlıq iş təklif edir. Elanında elə bərbəzəkli şərtlər yazır ki, gəl görəsən! Onun toruna daha çox gənc qızlar düşür. Orxanın işə qəbul texnologiyası isə belədir: zəng edənlə türk dilində danışır, özünün guya dünya aləmi ilə əlləşdiyini göstərir, sonra yağlı vədlər verir, onlayn şəraitdə fəaliyyət təklif edir və s. Daha sonra «Azure yaşayış kompleksində» tikinti sahəsi olan Babək Babayev adlı şəxslə formal qaydada icarə müqaviləsi bağlayaraq onun yanına iş üçün gələnlərə hüquqi ünvanının mötəbərliyini göstərir. Nəhayət, 750 manatlıq iş, evdən idarəçilik və s. Beləcə, o, çoxsaylı gənc qızları bu fırıldaqçılığa cəlb edir. Əmək müqaviləsiz işə qubulla məzələnən Orxan maaş vermir, bu onun MMC rəhbəri kimi vicdanına yazılsın, amma görün o daha nə edir: iş yeri tapmış gənc qızlardan borc pul alır ki, guya şirkətin bank hesabı dondurulub, kartı bloklanıb və s. yalanlar. Qızların biri 100, digəri 150, başqa biri 300, 1500 manat pulu ona borc verir. Bəzilərinə isə pul alır ki, xidməti işlə bağlı avadanlıq (telefon və s.) verəcək, amma pulu alan kimi verəcəkləri yadından çıxır. Hətta Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Asim Quliyevi aldadıb əvvəlcə Hosteldə menecer kimi işə qəbul etdirib 2500 manat, sonra isə Gürcüstandakı şirkətində işə qəbul edib 3800 manat maaş verəcəyini deyərək aldadıb və… Sonda həmin tələbədən 300 manat pulu borc adı ilə alaraq qaytarmayıb..
Mənbə:https://www.tezadlar.az/index.php/en/agenda/28434-ovco-grour-un-ovculugu-poli-sd-arasdirilir