“Şərur” MTK bu yolları bərbad hala salıb – Şikayət, Foto
“Şərur” MTK Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsini bərbad vəziyyətə salıb.
Tribunainfo.az-a sakinlər məlumat veriblər. Onlar bildirir ki, “Şərur” MTK-nın apardığı tikinti yolları sıradan çıxarır, infastrukturu bərbad günə qoyub.
Sakinlər bildirir ki, “Şərur” MTK-ya məxsus yaşayış binasının tikintisi zamanı ağırtonnajlı maşınların yolu bərbad hala salıb. Hətta “Cip” tipli maşınlar bu yerdən çətinliklə keçirlər.
Sağ tərəfdəki tikililər isə həyət evləridir. Sakinlərin şikayət etdikləri, amma problemin həll edilmədiyi bildirilir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman