azia.az
azia.az

Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarında öndə gedən fiqurlardan biri də Levon Köçəryandır

19-05-2022, 10:34



Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarında öndə gedən fiqurlardan biri də Levon Köçəryandır
Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarında öndə gedən fiqurlardan biri də Levon Köçəryandır
Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarında öndə gedən fiqurlardan biri də Levon Köçəryandır.
L.Köçəryan Ermənistanın ikinci prezidenti,Qarabag cəlladı Röbert Köçəryanın ogludur.Köçəryanın böyük oglu Sedrak siyasətlə maraqlanmır,ya da bu peşəyə həvəsi yoxdur.R.Köçəryanın qızı Qayane Köçəryan isə ara-sıra mitinqlərdə qışqırır.
Deməli,bu Levon atası Robertin erməni xalqından ogurladıgı pullardan əhaliyə paylayır ki,etirazlara qoşulun.Və çox maraqlıdır ki,Rusiya mediası da Levonu reklam edir.Hə halda,Levonun atası Robertin Rusiya prezidenti Putinlə "sadiq" dostlugu var.
Həm Rusiya mediası,həm də Ermənistandakı müxalif media Levonun siyasi dekorasiyası ilə məşguldur.Levon 1995-ci ildə Xankəndidə dogulub və yəqin ki,dogum haqqında şəhadətnaməsində onun Azərbaycan SSRİ-nin vətəndaşı oldugu yazılıb.Bu adamın ritorikası,danışıq üslubu,hətta intellektual səviyyəsi tam çayxanalıqdır.Bir az araşdırdıqdan sonra bu qənaətə gəlmişəm.
Sadəcə olaraq,Levon kasıb-kusub ermənilərdən istifadə edərək onlardan öz məqsədləri üçün istifadə edir.Nəzərə alsaq ki,Robert Köçəryanın Paşinyanla siyasi rəqabətdən daha çox şəxsi düşmənçiliyi var.Ancaq nə R.Köçəryan,nə də onun ortancıl övladı Levonun elə bir siyasi resursu,potensialı yoxdur ki,N.Paşinyanı devirə bilsinlər.Bu adamların ən böyük mitinqi mayın 1-də baş verdi ki,onda da cəmi 14 min etirazçını Yerevandakı Fransa meydanına toplaya bilmişdilər.Müəyyən qədər də Paşinyanın yaratdıgı demokratik mühit mövcuddur ki,bu fırıldagçılar bu qədər aktivləşiblər.
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana gəldildə isə,onun da qardaşı Saşik Sərkisyan bəzən özünü göstərir.Sərkisyanın qudası M.Minasyan isə küçəyə çıxıb qəşqırmagı özünə rəva bilmir.Yəqin Minasyan düşünür ki,Vatikanda səfir olub və onun yeri küçədə İşxan Saqatelyan,Geqam Manukyan kimi siyasi avaralarla,yaramazlarla bir sırada addımlamaq ola bilməz.
Xülasə,mən erməni müxalifətinin ictimai resurs sarıdan kasıb oldugu qənaətindəyəm.Bu adamlar təkcə ugursuz deyil,həm də fırılagçılardılar.Paşinyanı tərəfmüqabil kimi qəbul edib hansısa mövzuları müzakirə etmək olar.Bu köçəryanları,sərkisyanları,saqatelyanları isə əsla ciddi saymaq olmaz.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi