azia.az
azia.az

Akif Çovdarovun oğlu Bakıda yeni şirkət açdı

27-04-2022, 07:36


   Akif Çovdarovun oğlu Bakıda yeni şirkət açdı
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun oğlu yeni şirkət açıb. AzToday.az xəbər verir ki, Çovdarov Ruslan Akif oğlu bu ilin fevralın 5-də “RANT GROUP” MMMC-ni qeydiyyatdan keçirib. Reyestr sənədlərində şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid ev. 100,102,104,106,106a,106b. göstərilib. MMC-nin ilkin kapitalı 100 manatdır, qanuni təmsilçisi isə Ruslan Çovdarovdur. Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub. Akif Çovdarov həbs olunan kimi oğlu Ruslan Çovdarov Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri vəzifəsindən azad edilib. Milli Məclisin mətbuat xidmətinin sabiq rəhbəri Akif Təvəkküloğlu mediaya verdiyi açıqlamasında Ruslan Çovdarovun öz ərizəsi ilə işdən azad edildiyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi