azia.az
azia.az

Departament rəisi Namik Xıdırovun "QOHUM-ƏQRABA MAFİYASI" - Siyahıda kimlər var...

25-12-2021, 09:30

Departament rəisi Namik Xıdırovun "QOHUM-ƏQRABA MAFİYASI" - Siyahıda kimlər var...
Son vaxtlar mediada ölkədə ekologiyanı əhatə edən bütün sahələrdə ciddi problemlərin oldığına dair kifayət qədər faktlar dərc olunub. Qeyd olunan problemlər konkret olaraq harada, hansı ərazidə baş verir kimi sualların yaranmasına imkan vermir. Çünki baş verənlər o qədər şəffaf, o qədər açıqdır ki, bunu dərk edə bilməmək mümkünsüzdür. Sual yaranır, bəs belə oldugu şəraitdə Nazirlikdə nə baş verir? Yəni, ekologiya sahəsində cərəyan edən proseslər birbaşa Nazirlik tərəfindən himayə və kordinasiya olunur. Meşələrin qırılması, qanunsuz kömür istehsalı, meşə təsərrüfatı mərkəzlərinin ərazilərinin məhv olunaraq işbazlara ayrı-ayrı məqsədlər üçün verilməsi və sair qanunsuz əməlləri durdura biləcək bir şəxs, "stop" deyəcək bir təşkilat tapılmır. Belə təsəvvür yaranır ki, Ekologiya və təbii sərvətlər nazirliyinin rəhbər şəxsləri açıq şəkildə ölkə təbiətinə qənim kəsilib. Nazir müavinləri, departament rəhbərləri və sairlərin adları müxtəlif maxinasiyalarda hallanır. Hətta deyilənlərin həqiqiliyinə kölgə salacaq bir fakt belə tapmaq mümkün deyil. Başqa bir fakt budur ki, regional ekologiya və meşə təsərrüfatı mərkəzlərinə qohum-əqrəba mafiyasının fəaliyyəti üçün münbit şərait yaradılıb. Eyni zamanda həm nazirlik səviyyəsində, həm də yerlərdə təhsilsiz və qeyri-ixtisaslı şəxslərin meşə və ekologiya sahəsinə yerləşdirilməsi elə gələcəkdə meşələrin daha maneəsiz talan olunmasına hesablanıb.

Məsələn, Ekologiya və təbii sərvətlər nazirliyinin meşələrin mühafizəsi və inkişafı xidməti departamentinin rəisi Namik Xıdırov bu vəzifəyə kənd təsərrüfatı nazirliyindən gətirilib. Namik Xıdırov kənd təsərrüfatı nazirliyində işləyən zaman işində ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib və açıq şəkildə desək bu dövlət qurumundan qovulub. Ancaq çox keçməyib ki, qeyd olunan şəxs ekologiya və təbii sərvətlər nazirliyində yeni, həm də daha yüksək bir posta təyinat alıb. Fikir verin, belə bir "kadr"a ölkə təbiətini etibar ediblər. Əlhəttə ki, nəticə də belə olacaq. Namiq Xıdırov həm də bu sahəyə uyğun olmayan, qeyri-ixtisaslı kadrdır.

Namiq Xıdırov regional ekologiya idarələrinə və meşə təsərrüfatı mərkəzlərinə öz dost-tanışlarıni və qohumlarını yerləşdirib.
Məsələn. 5 saylı regional ekologiya idarəsinin rəisi əmisi oğlu Qabbar Xıdırov. Buna görə ərazidə ekoloji vəziyyət gərgin olaraq qalır. Quba-Qusar meşələrinin talan olunmasına görə Qabbar Xıdırov da birbaşa məsuliyyət daşıyır.

Baxın, Pərviz Amrullayev hərbidə müddətdən artıq hərbi xidmət sahəsində çalışıb, ancaq indi Quba meşə təsərrüfatı mərkəzinin Quba rayonu üzrə meşə mühafizəsi mühəndisidir.

Hüseyn Abdulhüseynov, Alpan, Quba obasının meşəbəyisidir.

Tərlan Rzayev əməyin mühafizəsi üzrə baş mütəxəssis və həmkarların sədridir.

Bu şəxslərin hamısı Elvin Baxışovun dostlarıdır və meşələri istədikləri kimi, istismar edirlər. Bu adamların hamısı qeyri-ixtisaslı və təhsili olmayan şəxslərdir. Bu adamlar Quba meşə təsərrüfatı mərkəzinin rəhbəri Şahların dostları olduğu üçün onlara "yaşıl işıq" yandırılıb.


Redaksiyamıza təqdim olunmuş, Namiq Xıdırovun təkcə Şabranda yeləşən idarəsində "məskunlaşmış" qohum-əqrabasının natamam siyahısını dərc edirik:

1. Şəmsi Allahverdiyev - direktor. Namiq Xıdırovun dayısı nəvəsidir.

2. Məmmədov Ramin Valeh oglu hec bir təhsili olmadıgı halda Siyəzən meşəbəyliyinə şöbə müdiri təyin olunub. Şəmsi Allahverdiyevin dogmaca dayısı ogludur.

3.Məhərrəmov Mahir Ləti oglu və Lətifli Vüsal Mahir oglu (ata-ogul). Məhərrəmov Mahir Lətif oglu Şabran Regionalın Giləzi şöbəsinə baş mütəxəssis, oglu Lətifli Vüsal Mahir oglu isə Şabran Regionala təsərrüfat üzrə baş mütəxəssis təyin edilmişlər. Şəmsi Allahverdiyevin qapı qonsusudur. Qərbi Azərbaycandan Xızıya yerləşmişlər, həmyerlisi və qohumlarıdır.

4. Samir Xıdırov - Namiq Xıdırovun əmisi ogludur. İsmayıllının Girdiman müşəbəyliyinə meşəbəyi təyin olunub.

5. Agayev Qafar Akif oglu - Namiq Xıdırovun əmisi Akif Xıdırovun ogludur. Babasının familiyası ilə güdir. 5 saylı Ekologiya idarəsində yüksək vəzifəyə təyin olunub.

6. Həşimov Hilal Cəlal oglu - Şəmsi Allahverdiyevin kirvəsidir, müavin vəzifəsinə namizəddir. Abaslı Orxan Rizvan oglunun atası Şəmsi Allahverdiyevin həmyerlisi və qohunudur. Meşə gözətcisidir. Orucov Anar Süleyman oglu Şəmsi Allahverdiyevin həmyerli-qhumluq zəmnində vəzifələrə təyin olunublar.

QEYD: Cox təəssüf ki, bunların arasında Şabrandan, Siyəzəndən, Giləzidən bir nəfər də olsun yoxdur.

Namiq Xıdırovun Lənkəran regional meşə təsərrüfatı mərkəzinin ərazisi olan Haftoni ərazisindəki meşələri məhv elətdirərək Beta-tea çay şirkətinə verməsində də kifayət qədər qanunsuz əməlləri ortaya çıxdı.

Lerik meşələrinin məhv olunması"Razvandoband" meşəbəyliyində baş verən qanunsuzluqları, kütləvi qırıntılar barədə bütün faktların ortaya qoyulmasına baxmayaraq heç bir tədbir görülmədi. Əksinə, Namiq Xıdırovun dostu "Razvandoband" meşəbəyliyinin baş meşəbəyisi Nazir Orucov ərazidə olan qanunsuz əməllərinə baxmayaraq vəzifədən azad olunmadı, əksinə ərazidə olan jurnalisti nazirliyin əməkdaşlarının gözü qarşısında döyərək təhqir etdi. Baxmayaraq ki, haqqında 3 dəfə DİN qaynar xətt 102-yə şikayət olundu, bu günə kimi araşdırılmamış saxlanıldı. Bütün bu qanunsuzluqların başında ekologiya və təbii sərvətlər nazirliyinin mötəbər şəxsləri dayanır, şəxsən Namiq Xıdırov ölkə boyunca meşələrin qırılmasına səbəb olur.
Namiq Xıdırovun əmisi Şəmistan Xıdırov İsmayıllı rayonunda Ruşan, Vəng meşəbəyliyində baş meşəbəyidir və həmin ərazidə artıq bir dənə də olsun böyük ağac tapmaq mümkün deyil. Çünki hamısı doğranılıb və qonşu rayonlara və sair satılıb.

Hazırad Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir. Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər vəzifələrindən azad olunublar. Mənbəmizin məlumatın görə nazirliyin departament rəhbəri Namiq Xıdırov da vəzifəcindən cıxarılıb. Bütün bu qanunsuzluqların başında dayanan nazir müavini Vüqar Kərimovun da vəziyyəti yaxşı deyil.

Ümumiyyətlə, nazirlikdə bu sahədə ciddi qanun pozuntuları mövcuddur, ancaq rəhbərlik yerində olmadığı üçün tədbir görülmür. İdarə rəisləri və nazir müavinləri, nazir Muxtar Babayevi saxta məlumat və statistika ilə aldadırlar.

Qeyd olunan sahə ilə bağlı araşdırmalarımız davam edir.

Redaksiyadan:
Araşdırma mediya üzərindən aparılıb. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi