Evinizin ən çirkli yerləri bunlardır - Fotolar
Azia.az evinizin ən çirkli yerlərini təqdim edir:
Bəzən tualeti evin ən çirkli yeri hesab edirlər. Amma araşdırmalar zamanı məlum olub ki, tualet evdə çirkli məkanlarlar siyahısında heç 10-cu yeri də tutmur.
1. Yataq - hamının ən rahat və təmiz hesab etdiyi yataq əslində çox çirkli hesab olunur. Ona görə hər 10 gündən bir yataq örtüyü mütləq dəyişilməlidir. Əks halda göbələk və digər infeksion xəstəliklər yarana bilər.
2. Ət doğrayan taxta - hər istifadədən sonra yaxşıca yuyulmalıdır.
3. Mətbəxt mebelinin üst hissəsi - hər istifadədən sonra təmiz silinməlidir.
4. Ev heyvanlarının oyuncağı - müntəzəm olaraq oyuncaqları ya əl, ya da paltaryuyan maşınla yumaq lazımdır.
5. Kofe aparatı - müntəzəm olaraq təmizlənməsi gərəkən avadanlıqdır.
6. Diş fırçanızı qoyduğunuz qab - hər həftə sabunla yumağınız məsləhətdir.
7. Mətbəx moydadırı - hər istifadədən sonra yuyucularla təmizləyin.
8. Qab yuyan maçalka - həftədə iki dəfə dəyişin.
9. Ev heyvanınızın qabı - həftədə iki dəfə qaynar su ilə təmizləyin.
Aybəniz Abdulova