“Çirkli pulların yuyulduğu” ölkə bəlli oldu – Dünyanı qarışdıracaq faktlar
İngiltərənin paytaxtı və dünyanın ən böyük sərmayə mərkəzi hesab edilən Londonda hər il təxminən 100 milyard funt-sterlinq “çirkli pul yuyulduğu” ehtimal olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının (BƏT) təqaüddə olan araşdırmaçısı Ben Kouduk məlumat yayıb.
Kouduk bu faktın İngiltərə Cinayətlər Mübarizə Mərkəzinə (NCA) məlum olduğunu da iddia edib. Araşdırmaçı dünyanın bütün ölkələrindən hər gün Londona “çirkli pul” daxil olduğunu diqqətə çatdırıb: “London hər il milyardlarla sterlinqin içindən keçən qlobal sərmayə mərkəzidir”.
O, hər il İngiltərədə ümumi dəyəri 4.4 milyard funt-sterlinq olan daşınmaz əmlakın “çirkli pulları yumaq” məqsədilə satın alındığını iddia edir və qeyd edir ki, bu satın almaların beşdə bir hissəsi Rusiyadan olan zəngin adamların payına düşür: “Bu işlərlə 766 şirkətin məşğul olduğunu müəyyən etmişik”.
“Dankse Bank”ın rəhbərlərindən biri Hovard Uilkinson isə, İngiltərə hökumətinin kənardan “çirkli pullar”ın ölkəyə daxil olmasına şərait yaratdığını bildirib.
İndiyədək ən böyük “çirkli pul yumaq” əməliyyatlarını ifşa edən Uilkinson 2007-2015-ci illər ərzində Estoniyadan qanunsuz yollarla 200 milyard avro pulun çıxarıldığını açıqlayıb.
O, Avropa Parlamentindəki çıxışında bu biabırçılıqda İngiltərə hökumətinin rolunu növbəti dəfə vurğulayıb.
BƏT-in İngiltərə ofisinin direktoru Robert Barrinqton “Chatham House” üçün qələmə aldığı məqalədə “İngiltərə “çirkli pul yumaq”istəyənlər üçün ən əlverişli dayanacaqdır. Hiss ediləcək dərəcədə “çirkli pul yuyulur”. Bu işə vasitəçilik edənlər var” iddiasına yer verib.
NCA-nın rəsmi saytında isə qeyd edilir ki, il ərzində İngiltərənin paytaxtına müxtəlif ölkələrdən 1.6 trilyon dollar həcmində “çirkli pul” daxil olur.
Mənsur Rəğbətoğlu