azia.az
azia.az

Xəyanət edən kişilərin dediyi yalanlar - "Məcbur evləndim"

1-10-2022, 09:42



Mütəxəssislər həyat yoldaşlarını aldadan kişilərin işlətdiyi cümlələri araşdırıblar.


Məlum olub ki, bu kişilər tanış olduqları qadınlara eyni cümlələri işlədir, yalanlar uydururlar.


Azia.az  həmin araşdırmanı təqdim edir:


"Məni heç kim anlamır"




Arvadını aldadan kişilər yeni tanış olduqları qadınlara heç vaxt başa düşülmədiklərini söyləyirlər. Özlərini qurbana çevirərək etibar qazanmağa çalışırlar. Xüsusən də arvadının onları başa düşmədiyini, qulaq asmadığını deyirlər. Onu tək olduğuna inandırırlar. “Məni ancaq sən başa düşürsən” kimi yalanlarla yeni tanış olduqları qadınları ələ keçirməyə çalışırlar.


"Məcbur evləndim"


Arvadına xəyanət edən kişilər çox vaxt zorla və ya məcburi evləndiklərini, arvadlarını heç vaxt istəmədiklərini deyirlər. Ailənin, valideynlərinin istəyi ilə evləndiklərini bildirirlər. Əslində isə bu, uydurduğu yalanlardan biridir.



"Uşağım üçün o evdəyəm!"





Şorgöz kişilər uşaqlarından da istifadə edə bilirlər. Arvadını aldadan kişilər tanış olduqları insanlara övladı üçün bu evliliyi davam etdirdiklərini, uşaqları üçün dözdüklərini deyirlər.



"Hislərimi itirdim"



Xəyanət edən kişilər tez-tez emosional olaraq tükəndiklərini söyləyirlər. Həyat yoldaşlarına qarşı heç nə hiss etmədiklərini deyirlər. Bunlar isə uydurduqları bəhanələrdən yalnız bir neçəsidir. Arvadına xəyanət edən kişilər onları hissiz və pis biri kimi qələmə verirlər.


Aygün


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi