azia.az
azia.az

“Park City” tikinti şirkəti 3 milyondan çox vergi borcunu ödəməyib?

26-03-2022, 14:37

Bakıda böyük yaşayış kompleksinin tikintisi ilə məşğul olan “Park City”nin külli miqdarda borcu yaranıb.
Azia.az Fed.az-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi 3 milyon manatdan çox vergi borcunu ödəməkdən yayınıb. Nəticədə Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi “Park City” barəsində məhkəmə iddiası qaldırıb. İşə Bakı Kommersiya Məhkəməsində baxılıb və iddia qismən təmin edilib.
“Park City” tikinti şirkəti 3 milyondan çox vergi borcunu ödəməyib?
Rəsmi məlumata görə, şirkətin 3 milyon 39 min 509 manat vergi borcu var. Şirkət sözügedən məbləğdə borcu olduğunu təsdiq edib və bildirilib ki, borc sənədlərdəki yanlışlıqla bağlıdır.

Xatırladaq ki, bir müddət öncə Dövlət Vergi Xidməti tərəfindən şirkətin əmlakları siyahıya alınmışdı. Qanunvericiliyə görə, maddi baxımdan çətin durumda olan şirkətlər vergi borcunu ödəməzsə, əmlakları müsadirə edilir.

Qeyd edək ki, "Park City"nin veb saytı artıq işləmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi