Sumqayıt avtovağzalın müdiri Şamil Abbasovun qanusuz əməlləri… - Şamil Abbasovun oğlu Nicatın cibinə “şeyi” kim qoyub…?
Sumqayıt avtovağzalın müdiri Şamil Abbasovun qanusuz əməlləri… - Şamil Abbasovun oğlu Nicatın cibinə “şeyi” kim qoyub…?
Azərbaycanın 3-cü böyük şəhəri olan Sumqayıtın avtovağzalı ilə bağlı mediada neçə illərdir ki, yazılır.
Bəli, Sumqayıt Avtovağzal Kompleksində baş verən qanunsuzluqlar, vergidən yayınma və başqa neqativ hallar barədə ölkə mətbuatında kifayət qədər yazılıb.
Amma Sumqayıt şəhər avtovağzalının müdiri Şamil Abbasov hər dəfə deyir ki, guya bu neqativ halların onun rəhbər olduğu quruma dəxli yoxdur.
Guya qanunsuzluq edən, şərnişinləri incidən avtobus sürücüləri Şamil Abbasovun işçiləri deyil.
Jurnalistlər dəfələrlə Şamil Abbasovdan soruşub ki, niyə sərnişinlərə kassadan bilet vermirsiniz ?
Doğrudan da, kassalar olsa da bilet satan yoxdur. Yəni sərnişinlər Sumqayıtdan rayonlara və digər yerlərə gedəndə gediş haqqını birbaşa sürürücülərə ödəyirlər.
Deməli, Şamil Abbasovun “obyekti” vergidən yayınır.
Bütün bunlar azmış kimi sərnişin daşıyan sürücülər deyir ki, avtovağzala hər dəfə girəndə 3-4 manat verməliyik. Görəsən, bu pullar kimin cibinə gedir, ay Şamil müəllim ?
Bir sözlə, Sumqayıt sakinləri Şamil Abbasovun işindən çox narazıdırlar.
Hətta Tarif Şurasının qəbul etdiyi nəqliyyat qiymətlərini də Şamil Abbasov vecinə almır, özü qiymətləri qaldırır.
Sözün qısası, Sumqayıt avtovağzalında özbaşınalıqdır.
Və Şamil Abbasov avtoğzalı “özününküləşdirib”, yəni şəxsi obyekti kimi istifadə edir.
Bütün bunlar azmış kimi, Şamil Abbasovun oğlu Nicat da atasının haram yolla qazandığı pulları haram işlərə xərcləyir.
Bəli, Gündəlik-Bakıya daxil olan məlumata görə, bir müddət əvvəl Nicatı maşına mindirib aparıblar lazım olan yerə.
Ən gülməlisi isə odur ki, aparanlar ondan soruşanda ki, bu cibindəki nədir…
Nicat deyib ki, xəbərim yoxdur, yəqin ki, bu zəhrimarı Vəliqulu mənim cibimə qoyub…
İndi Sumqayıt əhli fikirləşir ki, görəsən Vəliqulu kimdir və nə üçün Şamil Abbasovun oğlu Nicatın cibinə “şey” qoyub…
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.