azia.az
azia.az

Manaf Ağayevin Füzuliyə səfərinin BAİSKARI kim olub ? - “Tender kralı” Sənan Hüseynov kimdir ?

23-02-2022, 09:26


Manaf Ağayevin Füzuliyə səfərinin BAİSKARI kim olub ? - “Tender kralı” Sənan Hüseynov kimdir ?
Bir adam bu qədər tenderi necə uda bilər ?
Manaf Ağayevin Füzuliyə səfərinin BAİSKARI kim olub ? - “Tender kralı” Sənan Hüseynov kimdir ?
Biz müğənni Manaf Ağayevin qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getdiyini və sonda həbs edildiyini alqışlayanlardan, nə də pisləyənlərdən deyilik.
Biz loru dildə deyirk ki, qanun varsa, onu pozmağa heç kimin, nəinki Manaf Ağayevin, heç SSRİ xalq artisti Zeynəb Xanlarovanın da ixtiyarı yoxdur.
İkincisi, Manaf Ağayevə qarşı heç bir antipatiyamız olmasa da, düşünürük ki, bu insana belə cəza vermək də optimal deyil.
Üçüncüsü, cəmiyyət Manaf Ağayevi iddialı, özündən razı adam kimi deyil, daha çox mülayim xarakterli bir insan kimi tanıyır. Bəs görəsən, Manaf Ağayevin ora səyahətinin BAİSKARI kim olub?
Səbəbkarı yox haa, məhz BAİSKARI...
Azərbaycan dilində BAİSKAR məhz mənfi mənada işlənir və deyirlər ki, Allah BAİSKARA lənət eləsin...
Amma Manaf Ağayev BAİSKARIN adını açıqlamır.
Nə isə...mövzudan yayınmayaq...
İndi görək, Manaf Ağayevi Füzuliyə aparan “AA” seriyalı avtomobilin sahibi kim imiş....
Yayılan məlumatlardan bəlli olur ki, 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynova məxsusdur. O, Manaf Ağayevin yaxın dostudur.
Yəni Sənan Hüseynov tanınmış iş adamıdır.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov açıqlamasında həmin şəxsin icazə əsasında Füzuliyə getdiyini bildirib: "Həmin 10-AA-307 nömrəli maşının icazəsi olub. Ona görə də o həbs olunmayıb. O Füzuliyə qanuni gedib".
Yaxşı qanuni gedibsə....
Məsələ ilə bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Yuxarıda qeyd etdik ki, cəmiyyət müğənni Manaf Ağayevi az-çox tanıyır.
Bəs Sənan Hüseynov hansı əməllərin sahibidir ?
Saytlardan birinin araşdırmasına görə, Sənan Hüseynov xeyli sayda tenderin qalibi olub, obrazlı dildə desək, tender kralı olub.
Belə ki, Sənan Hüseynovun rəhbəri olduğu “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan edilən təşkilatlardandır.
“MSDIS Holdıng” MMC əsasən “yolların əsaslı təmiri” lotu üzrə sifariş olunan dövlət satınalamaları üzrə qalib olur.
2021-ci ildə təşkilat sözügedən lot üzrə xeyli sayda tenderin qalibi olub.
“MSDIS Holdıng” MMC-nin ötən il qalib olduğu tenderlərin bir qisminin siyahısını təqdim edirik:
1. Xırdalan şəhərində abadlıq işləri
1.362.482 AZN - 22.05.2021
2. Abşeron rayonu, Novxanı qəsəbəsi,
Bağlar ərazisində “Azərişıq” ASC-yə məxsus2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttininbir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işlərinin satın alınması
116.489 AZN - 26.04.2021
3. Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri
277.715 AZN - 25.05.2021
4. Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması
2.020.503 AZN - 01.06.2021
5. Zaqatala rayonunda yolların əsaslı təmiri
542.113 AZN - 03.06.2021
6. Mehdi Hüseynzadə Sumqayıt şəhər stadionun ətraf hissəsinin abadlaşdırılması və yaşıllıq işlərinin satınalınması
447.134 AZN - 08.08.2021
7. Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması
442.448 AZN - 07.07.2021
8. Qəbələ rayonunda mənzil fonduna aid olan yaşayış binalarının əsaslı təmiri
164.127 AZN - 14.07.2021
9. Sumqayıt şəhərində küçə və prospektlərə yol cizgilərinin çəkilməsi
293.230 AZN - 26.07.2021
10. Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının fasadlarının və girişlərinin təmiri işləri
1.037.999 AZN - 30.07.2021
11. Sumqayıt şəhərində yaşayış binalarının əsaslı təmiri
787.700 AZN - 02.08.2021
12. Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması
130.127 AZN - 05.08.2021
13. Qəbələ rayonunda yolların təmiri
355.982 AZN - 11.08.2021
14. Abşeron rayonunda yolların təmiri
164.995 AZN - 03.09.2021
15. Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması
693.320 AZN - 10.09.2021
16. Sumqayıt şəhər Corat qəsəbəsində H.Salayev, M.Əliyev, Kərbalayi Zöhrab küçələrinin asfalt-beton işləri üzrə təmiri
61.642 AZN - 15.09.2021
17. Küçə işıqlarının təmiri işlərinin satın alınması
137.521 AZN - 06.10.2021
18. Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri
708.293 AZN - 18.10.2021
19. Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması
278.851 AZN - 22.10.2021
20. Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması
1.126.797 AZN - 22.10.2021
21. Mollamuhuma Eminov küçəsində dalan, Xalqlar Dostluğu küçəsində, Göyəm küçəsi, döngə 1-də yolların əsaslı təmiri
55.861 AZN - 22.11.2021
22. Yolların təmiri işlərinin satın alınması
59.917 AZN - 09.12.2021
İndi özünüz gördünüzmü, Manaf Ağayevi işə salan, yəni BAİSKAR kim imiş.
Bir adamın bu boyda tenderləri udması heç bir əndazəyə sığmır.
Yəqin ki, yaxın zamanda Füzuliyə bu səfərin kimlər tərəfindən təşkil olunması, məqsədi bəlli olacaq.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S Manaf Ağayev mədəniyyət adamıdır, yaxşı dostdur, vətənpərvər insandır, haqsızlığa susmayandır, cəmiyyətin ona hörməti var, elinə, obasına, vətəninə, dövlətinə, millətinə, dostlarına vəfalıdır. Unutmamalıyıq ki, hər birimizin ziyarət etdiyimiz işğaldan xilas olmuş torpaqlarımızda Cənab Prezidentimizin böyük xidmətləri var. Hamımız bunu bilməliyik.
P.S.S Manaf müəllim, gərək şeş-qoşa ilə konfliktə getməyəydin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi