azia.az
azia.az

Eldar Yunusovun VARİS PLANI: Korrupsaner qızını…- VİDEO

5-12-2021, 10:18

Eldar Yunusovun VARİS PLANI: Korrupsaner qızını…- VİDEO
Eldar Yunusovun VARİS PLANI: Korrupsaner qızını…- VİDEO
Azərbaycanda bəzi məmurların işlədikləri vəzifəyə özlərindən sonra övladlarını təyin etmələri artıq dəb halını almaqdadır. İdarə etdiyi qurumu şəxsi obyekti kimi görən bu məmurlar, həm də korrupsiya bataqlığının içində çabalayırlar və özlərindən sonra bu bataqlığa övladlarını da düşünmədən itələyirlər.

Ənənəyə sadiq olaraq öz övladını varis olaraq vəzifəyə gətirərək, gözlərini belə qırpmadan korrupsiya bataqlığına itələmək istəyən məmurlardan biri də, adı uzun illərdir adı müxtəlif korrupsiya qalmaqallarında hallanan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusovdur. Bildirək ki, Eldar Yunusov neçə illərdi qurumda rəis əvəzi vəzifəsini daşıyır. Bu illər ərzində özü tam legitim rəis ola bilməsə də, Eldar Yunusovun öz qızını legitim rəis olaraq görməkdə qərarlı olduğu söylənilir.

Replika TV-yə daxil olan məlumata görə paytaxtın uşaq baxçalarını korrupsiya yuvasına çevirən Eldar Yunusov öz yerinə qızı Fəridə Yunusovanı gətirməklə iddialıdır. Hazırda ölkə qanunvericiliyinə zidd olaraq Binəqədi rayon 266 saylı körpələr evi-uşaq baxçasının müdiri vəzifəsində çalışan Fəridə Yunusovanın yuxarı dairələrdə təbliğatına başlanılıb və atası öz müdirə qızını yerinə gətirmək üçün müxtəlif adamlara danışıqlar aparır, o cümlədən məsələ artıq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da gündəminə gətirilib.

Qeyd edək ki, Fəridə Yunusova 2017-ci ildən 266 saylı körpələr evi-uşaq baxçasına rəhbərlik edir. Xanım Yunusovanın rəhbərlik etdiyi uşaq baxçası ilə bağlı yayılan məlumatlarda bildirilir ki, 266 saylı körpələr evi-uşaq baxçasının ştat cədvəlində 53 adamın çalışdığı deyilsə də, əslində işə 15-20 adam gəlir. Atasına arxalanan Fəridə Yunusova uşaq baxçasını şəxsi obyektinə çevirərək adı olub özü olmayan işçilərin əmək haqqlarından hər ay xeyli miqdarda vəsait əldə edir.

Bundan başqa hər ay baxçaya gələn uşaqların valideynlərindən 80-150 manat arasında pul alınır. Baxçada olan uşaqların əksəriyyətinin isə Fəridə Yunusovanın yaxın ətrafında olan imkanlı şəxslərin övladları olduğu deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi