azia.az
azia.az

Təcili! Bakıda DƏHŞƏTLİ HADİSƏ: Polislərin üstünə kimyəvi məhlul atdılar - Ölən var

20-04-2017, 16:31

Təcili! Bakıda DƏHŞƏTLİ HADİSƏ: Polislərin üstünə kimyəvi məhlul atdılar - Ölən var

Bakıda keçmiş məhkum polis əməkdaşların üzərinə kimyəvi məhlul atıb.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Azərbaycan prospektində qeydə alınıb. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron sakini Nailə Sadıqova arasında mübahisə düşüb. Bu zaman N. Sadıqova həmin ərazidə xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşlarını köməyə çağırıb. Polis əməkdaşları E. İbrahimovu intizama dəvət etmək istəyib. Bu zaman E. İbrahimov əlindəki şüşə qabda olan kimyəvi məhlulu iki polis əməkdaşının və N. Sadıqovanın üzərinə atıb. E. İbrahimov daha sonra qalan məhlulu içib.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E. İbrahimov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
sfera.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi