azia.az
azia.az

Millimizin ilk sınağı

9-01-2017, 09:45

Millimizin ilk sınağı
FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir davam edir

Apasport.az-a istinadən bildiririk ki, millimiz bu gün ilk sınağına çıxacaq.


Tarixində 9-cu dəfə beynəlxalq turnirdə çıxış edəcək yığmamızın ilk rəqibi Litvalı həmyaşıdları olacaq.

Azərbaycan yığması baltikyanı ölkə ilə üçüncü dəfə qarşılaşacaq. Bu oyuna qədər rəqiblər turnir çərçivəsində iki dəfə görüşüblər.

İlk belə matç 2012-ci ildə baş tutub. 1:1 hesabı ilə başa çatan matçın taleyinə penaltilər seriyası aydınlıq gətirib. Litva yığması bu "lotereya"da daha dəqiq olub - 6:5.

Yığmamız 1 il sonra revanş ala bilib. 2013-cü ildəki matç məhsuldarlığı ilə də diqqət çəkib. Millimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun digər matçında Slovakiya Qazaxıstanla üz-üzə gələcək.

Valentin Qranatkinin xatirə turniri
Qrup mərhələsi
9 yanvar

C qrupu
13:00. Litva - Azərbaycan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi